Qadınları inəyə bənzədən şirkət üzr istədi - Foto
Kateqoriya məlum deyil
Cənubi Koreyanın ən böyük süd şirkəti reklamında qadınları inək kimi göstərdiyinə görə üzr istəyib.
Sfera.az xəbər verir ki, sözügedın ölkənin südçülük sektorundakı ən böyük şirkəti olan "Seoul Milk" üçün hazırlanan reklam çarxında bir kişi tarlada qadınları gizli şəkildə çəkir və kişi ağac budağını tərpətdikdən sonra qadınlar inəyə çevrilir.
İctimaiyyətdə böyük əks-səda yaradan video brendin "YouTube" kanalından silinsə də, internet istifadəçiləri filmi platformaya yenidən yüklədikcə reklam sosial mediada yayılıb.İnci






