Azərbaycanlı gəncin Türkiyədəki olaylara hazırladığı video rekordlar qırır-MÜSAHİBƏ (VİDEO)
Kateqoriya məlum deyil
Azərbaycanlı gənc Türkiyədəki son olaylarla bağlı hazırladığı video-çarx izlənmə rekorları qırır.
Ülvi Mirzəzadənin "Qurdlar Vadisi” serialı üzərindən hazırladığı video-çarx "youtube” şəbəkəsində iki gün öncə yerləşdirilməsinə baxmayaraq artıq izləyici sayı 280 mini keçmişdir. Polad Ələmdarın olduğu səhnələrdən düzənlənən videoda Türkiyədəki hərbi qiyam və acıları çatdırılır.Türkiyə sosial mediyalarında da yer alan videonun müəllifi ilə uluyol.info olaraq söbətləşdik.
Ülvi bəy, sizin buna kimi onlarla milli-vətənpərvərlik mövzularında hazırladığınız video-çarxların şahidi olmuşuq.
-Necə oldu ki, belə bir video hazırlamaq qərarına gəldiniz?
-Bu gün sosial şəbəkələrin ictimai fikir formalaşdırmağa, istədiyini deməyə, informasiya almağa rahat və münasib yer olduğu danılmazdır. Düz qeyd elədiz ki, buna kimi milli vətənpərvərlik mövzularında, elə aprel döyüşlərində bir neçə videolarımız izləyicilərimizin ilgisin çəkə bilmişdi. Bu videonu hazırlamağa gəlincə, mən və ətrafımdakı insanların hadisələrdən sarsılmasından, qardaş Türkiyəmizdə yatsaq yuxumuza girməyəcək olayların baş verməsindən sonra qərara gəldim ki, Türk Silahlı Qüvvətlərinin və vətəndaşların şəhid olduğu günü video şəklində hazırlayım. Açığı bu qədər ilgi göstəriləcəyin gözləmirdim. Son iki gündə sosial şəbəkələr vasitəsilə minnətdarlıq bildirən izləyicilərin sayı qürurvericidir.
Necə oldu ki, hadisələri anlatmaq üçün məhz "Qurdlar Vadisi” serialın seçdiz?
-Qurdlar Vadisi serialı sadəcə kommersiya məqsədilə yaranan serial deyil. İzləmişsizinizsə, orada xalqın, millətin gələcəyi, Vətənin bütövlüyü, regiondakı geo-siyasi proseslər çılpaqlığı ilə göstərilir. Serialın əsas süjet xətti də Türkiyənin inkişafını əngəlləmək, müharibələrə sövq eləmək, bu kimi oyunlara çəkmək istəyən gizli təşkilatlarla mübarizəyə həsr edilib. Bu səbəblərə görə 13 il ekranlarda olan "Qurdlar Vadisi” və baş qəhrəmanı seçdim. Videoda istifadə olunan şeirlərdə çox gözəl seçilmişdir.
Videonun üzərindəki sloqanda ” Bizi bizə düşmən edənlərin Allah bəlasını versin” yazılır.
-Şeirlər "Dağlıca türküsü” və Murat Evgindən seçmələrdi. Sloqanda din adı ilə Türkiyənin içinə girməyi bacarmış, vəzifəli şəxsləri ələ alınması və sonda xalqın silahı ilə öz xalqına divan tutan FETO teror qruplaşması nəzərdə tutulur. Azərbaycan gənci olaraq Türkiyəmizin bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin ruhlarına Allahdan rəhmət, ailələrinə səbr diləyirəm.
Şehitler ölmez, Vatan bölünmez!..
Sana sıkılan kurşun
Ciğerime saplanır
Bilmem bu acı nasıl
Yüreğimde saklanır
Can verdiğin bayrağın






