Diqqət: Əriniz, yaxud sevgiliniz Facebookdan istifadə edirsə...
Həyat yoldaşınız, ya da sevgiliniz Facebookdan istifadə edirsə diqqət!
ABŞ-dakı Boston Universitetində aparılan araşdırmalara görə, Facebook istifadə edən şəxslərin ər və sevgililərindən ayrılma ehtimalı istifadə etməyənlərlə müqayisədə 32 faiz daha çox olduğu ortaya çıxıb.
Sosial medianın münasibətlər üzərindəki təsirini araşdırmaq üçün 2008-2010-ci illər arasında ABŞ-ın 43 əyalətində boşanma statistikalarını bu əyalətlərdəki Facebook istifadəçiləri ilə müqayisə edən araşdırmacılar, bir əyalətdəki Facebook hesablarının sayındakı 20 faiz artımla, boşanma səviyyələrindəki 2.18 faiz artım arasında əlaqə ola biləcəyi nəticəsinə gəlib.
Araşdırmanı həyata keçirən qrupa rəhbərlik edən Ceyms E. Katz "Bu araşdırma ilə insan davranışlarının sosial media istismarından necə təsirləndiyini izah etməyə çalışdıq" deyib.
Qeyd edək ki, ABŞ-da Texas Universitetinin 2011-ci ildə 1,160 evli cütlük üzərində apardığı bir araşdırmada da Facebook hesabı olmayan cütlərin ailələrində 11.4 faiz nisbətində daha xoşbəxt olduğunu müəyyən etmişdi.
Sfera.az //






