Logo

İnfarktların 21 faizi niyə bazar ertəsi baş verir? – İnsan qanı haqda bilmədiyimiz 20 fakt

İnfarktların 21 faizi niyə bazar ertəsi baş verir? – İnsan qanı haqda bilmədiyimiz 20 fakt
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Qan - oksigen, qida, hormon, vitamin və antikorları toxumalara daşıyan, həmçinin karbon qazını və tullantıları bədəndən xaric edən, bədəndəki həyati əhəmiyyətli mayedir.

Sfera.az qanla bağlı elmi cəhətdən sübut edilmiş maraqlı faktları təqdim edir:

1 - Yetkin bir insanın bədənindən bütün qanı çıxarmaq üçün 1 milyon 120 min ağcaqanad lazımdır.

2 - Ürək 9 metr yüksəklikdən qan axını yarada biləcək, təzyiq yaradır.

3 - İnsan nəbzsiz yaşaya bilər! 2012-ci ildə həkimlər 55 yaşlı Kreyq Lyuisin bədəninə qanın nəbzsiz dövranını təmin etməsi üçün cihaz yerləşdiriblər.

4 - Stan Larkin 555 gün ürəksiz yaşadı və transplantasiya gözlədi. Öz ürəyini Stain çantasında daşıdığı cihaz əvəz etdi. Gənc onunla basketbol belə oynaya bildi.

5 - 25 gündə bədəndə qan dövranı sistemindən keçən qan miqdarı təxminən orta ölçülü bir hovuza bərabərdir.

6 - İnsan qanının 40 faizini itirsə belə yaşaya bilər. Təbii ki, belə bir vəziyyətdə sürətli qanköçürmə çox vacibdir.

7 - Bütün infarktların 21 faizi bazar ertəsi günü baş verir. Cümə günləri ikinci zirvə nöqtəsi kimi qeyd olunur. Alimlərin fikrincə, bunun səbəbi stress hormonlarının həftənin əvvəlində və sonunda pik həddə çatmasıdır.

8 - Ürəyimizin döyüntüləri əhvalımıza da təsir edir!

9 - Kokos suyunu təşkil edən komponentlər qan plazmasına olduqca oxşardır! Kim bilir, bəlkə gələcəkdə qan plazması yerinə, kokos suyundan istifadə oluna bilər.

10 - Alimlər qan qrupları ilə boşanma faizi arasında əlaqə olduğunu kəşf ediblər. Ən güclü bağa malik cütlərin hər ikisinin 0-cı qrup olduğu məlum olub. Boşanmağa qərar verən cütlüklərin ümumiyyətlə A və AB və ya A və 0 birləşməsinə sahib olduğu müəyyən edilib.

11 - Qan qrupunun da sağlamlığımız üzərində təsirli olduğu bildirilir. Məsələn, 0 qan qrupu olanlar ürək-damar xəstəliklərinə meylli deyillər, lakin dəri xərçəngi və ya piylənmə riski yüksəkdir.

12 - A qan qrupu olanlar xolesterol səviyyələrinə diqqət etməlidirlər, çünki ürək-damar xəstəlikləri riski daha yüksəkdir.

13 - B qan qrupu olan insanlar digər qan qrupu olanlara nisbətən diabet və mədəaltı vəzi xərçənginə daha çox meyllidirlər.

14 - AB qan qrupu olanlar da yaddaş barəsində çox diqqətli olmalıdırlar. Çünki koqnitiv pozğunluqların inkişaf riski digərlərindən 82 faiz yüksəkdir.

15 - Enerji içkiləri ürəyinizin döyüntüsünü dəyişə bilər!  Bir araşdırma enerji içkilərindəki kofeinin miqdarının qəhvə kimi kofeinli içkilərdən 3 dəfə çox olduğunu ortaya qoyub. Üstəlik, bu qəfil artım ürək dərəcəsinə təsir edə bilər və ölümlə nəticələnə bilər!

16 - Toronto Universitetinin alimləri insanların qan qrupuna görə xüsusi pəhrizlərin şəhər əfsanəsi olduğunu sübut ediblər.

17 - Yaponiyada hər qan qrupu üçün xüsusi məhsul bazarı var. Burada yeməkdən tutmuş şəxsi qulluq məhsullarına qədər hər şeyi tapa bilərsiniz.

18 - 2017-ci ildə aparılan bir araşdırma, 0 qan qrupu olanların digərlərinə nisbətən daha davamlı, atletik bir quruluşa sahib olduğunu müəyyən edib.  Ancaq bu üstünlük yalnız insan müntəzəm olaraq məşq etdikdə işləyir.

19 - İnfakt riskini azaltmaq üçün səhərlər sakit oyanmalı və axşam məşqlərinin intensivliyini azaltmalısınız.

20 - Alimlər araşdırmalarında xarakter və qan qrupları arasında əlaqə tapıblar. Yaponiyada insanlar qan qruplarının insanların şəxsiyyət xüsusiyyətlərinə, işdə və şəxsi münasibətlərdə uğurlarına təsir etdiyinə inanırlar.

Turan Rzayev
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR