Logo

Gediş qiymətləri dövlətin nəzarətindən çıxdı - YENİLƏNİB

Gediş qiymətləri dövlətin nəzarətindən çıxdı - YENİLƏNİB
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov Trend-ə bildirib ki, Nazirlər Kabinetinin bu qərarı ilə ölkə daxilində dəmir yolu ilə yük və

sərnişin daşıma xidmətlərinin qiymətlərin tənzimlənməsi üzrə səlahiyyətlər QSC-yə verilib.

"Əvvəllər bu funksiyanı Azərbaycanın Tarif Şurası yerinə yetirirdi, çünki QSC Nəqliyyat Nazirliyinin

tabeliyində

idi. Amma 2015-ci ilin sentyabr ayında "Azərbaycan Dəmir Yolları" QSC Nəqliyyat Nazirliyinin tabeliyindən

çıxdı", - deyə Əzməmmədov bildirib.

-----------

11:41

Azərbaycan ərazisində yük və sərnişin daşıma xidmətlərinin qiymətləri dövlət tərəfindən tənzimlənməyəcək.

Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, bununla bağlı "Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı"nda dəyişiklik edilib.

Qərara əsasən, respublika ərazisində yük və sərnişin daşıma "Qiymətləri (tarifləri) dövlət tərəfindən

tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı"ndan çıxarılıb.

Dəyişikliklər bütün növ nəqliyyat xidmətləri (magistral və yerli dəmir yolu xətlərinin, yol qurğu və

tikililərinin istismarı, hərəkəti, idarəetmə və hərəkət təhlükəsizliyi fəaliyyəti, dəmir yolu stansiyaları və

sərnişin vağzalları, respublika ərazisində yük və sərnişin daşıma xidmətləri; aeroport xidmətləri,

aeroportların uçuş zolaqları və qurğuların istismarı, hava gəmilərinə aviasiya və aeronaviqasiya

xidmətləri, aviasiya təhlükəsizliyinin təmin edilməsi xidmətləri, uçuşların təhlükəsizliyini təmin

etmək məqsədilə hava gəmilərinə göstərilən texniki xidmətlər, respublika ərazisində yük və sərnişin

daşıma xidmətləri; su limanı sahəsində xidmətlər (liman qurğularının istismarı, yükaşırma və hərəkət

təhlükəsizliyi), Xəzər dənizində dövlətə məxsus gəmi ilə respublika ərazisində yük və sərnişin daşıma;

metro nəqliyyatında yolların, tunellərin və stansiyaların istismarı, hərəkəti, idarəetmə və hərəkət

təhlükəsizliyi, sərnişin daşıma fəaliyyəti; şəhərlərarası və şəhərdaxili ümumi istifadədə olan nəqliyyatla

sərnişin daşıma və s.) aiddir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR