Logo

NASA qeyri-adi planet kəşf etdi: 1 il 16 saat çəkir

NASA qeyri-adi planet kəşf etdi: 1 il 16 saat çəkir
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) yeni planet kəşf edib.

Sfera.az bildirir ki, qurum Yerdən minlərlə işıq ili uzaqlıqda yerləşən "TOI-2109b” adlı planetdə bir ilin sadəcə 16 saat davam etdiyini deyib. NASA-nın məlumatına görə, sözügedən ekzoplanet (Günəş sistemindən kənarda) ən isti ikinci planetdir və "isti Yupiterlər" adlandırılan kateqoriyaya aiddir.

Astronomlar bu günə qədər 400-dən çox "isti Yupiter” aşkarlasa da, tədqiqatçılar heç birinin "TOI-2109b”yə bənzəmədiyini söyləyiblər. Massaçusets Texnologiya İnstitutunun professoru Avi Şporer "Bütün əlamətlər onun planet olduğunu sübut edir”, - deyə bildirib.

Elm adamları kütləsi Yupiterdən təxminən, beş dəfə çox olan planetin 10 milyon ildən sonra yerində olmama ehtimalından da söz açıb.

Günay Rəsulqızı

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR