Ölümlə bağlı maraqlı bilgilər
Ölüm, yolun sonuna yerləşdirilmiş bir güzgüdür. Arxasındakı sirrə görə, o biri tərəfi göstərməz. Bu tərəfi göstərir. Gedilən yolu. Yəni həyatın özünü.
Nə çətindir, nə qorxuludur ölüm haqqında düşünmək, baş sındırmaq. Hər dəfə bir nəticəyə gəlməyən fikirlər burulğanı kimidir sanki.
Ancaq hər şeydə olduğu kimi ölüm məsələsində də elmin deyəcəyi çox şey var.
Ölü bədən niyə pis iy verir?
Ölü bir bədəndən pis iy gəldiyi barədə bir çoxumuz həmfikirik. Amma niyə pis iyi gəlməsi barədə çox az adam nəsə deyə bilər.
İnsan bədəninin pozulması zamanı ortaya çıxan qoxu, 400-dən artıq uçucu kimyəvi birləşməni əhatə edir.
Araşdırmalara görə, insan bədəninin çürüməsi zamanı su ilə reaksiya verib spirt və turşu əmələ gələn üzvi birləşmələr olan efirlərin aşkara çıxdığını göstərir. Bu efirlər canlılar içərisində yalnız insana xasdır, amma əsl maraqlı olan məqam isə, bu efirlərə eyni zamanda xüsusilə çürümüş meyvələrdə də rast gəlinir olmasıdır.
Öldüktən sonra saç və dırnaqlar uzanırmı?
Öldükdən sonra saçlar və dırnaqların uzandığı kimi ümumi qavrayış var və bir çox insanın da qulağına bu şəkildə çatdırılıb.
Əslində belə bir şeyin elmi mənada bir etibarlılığı yoxdur, yəni öldükdən sonra saçların və dırnaqların uzanması kimi bir hal olmur. Lakin, bir çox insan bir müddət sonra açılan qəbirlərdəki ölülərin saç və dırnağının uzandığını söyləyir. Bu vəziyyət əslində sadə bir göz uydurmasından başqa bir şey deyil.
Bu yalnışlığın səbəbi orqanizmin su itkisindən dolayı büzüşməsidir. Bu vəziyyət bizə saçları və dırnaqları daha uzun göstərir. Ölümdən sonra saçlarımızın kökü və dəri altındakı dırnaq matrisi canlı qalsa belə, saç və dırnaqların uzanması üçün lazım olan sistem hormonal sistemdir. Bu sistem də artıq öz funksiyasını yerinə yetirmədiyinə görə öləndən sonra saçlar və dırnaqlar uzana bilməz.
Ölüm qorxusu yaşlandıqca artırmı?
Bir çox insanın zehnində bu sualın cavabı, insanların yaşlandıqca ölümdən daha çox qorxacağı istiqamətindədir.
Aparılan bir çox araşdırmalar ölüm qorxusunun 20-li yaşlarda ən yüksək zirvələrdə ikən, 60 və 70 yaşlarda bu qorxu və narahatlıqların minimuma endiyini göstərir. Bunun səbəbi də orta yaşlarda insanların daha yaşayacaqları çox şey olduğunu düşünməsi və bu istəklərini yerinə yetirə bilməməsi qorxusu olması söylənilir.
Ölüm haqqında düşünmək zehnin sərhədlərini zorlamaqmıdır?
Bir çox insan ölüm barədəd düşünməz və düşünmək də istəməz. Lakin sosioloji və psixoloji baxımdan hadisəyə baxdığımızda, son illərdə aparılan tədqiqatlar da göstərir ki, ölümü düşünmək insanları rəmzi ölümsüzlük anlayışının içinə atır. Belə ki, insanlar ölümsüz olmadıqlarını bildiklərindən görə, özlərini ölümsüzlük anlayışıyla bütünləşdirəcək şəkildə uşaq sahibi olma, öz adlarını uşaqlarına vermək kimi düşüncələrə qapılırlar.
Bir sözlə hər birimiz, ölümü düşündüyümüz anda simvolik də olsa bu dünyada yaşamağın yollarını arayırıq, öz nəslimizi bir şəkildə davam etdirib daimi olmağa çalışırıq. Həmçinin bu məsələdə bir maraqlı məlumat da ölüm ilə üzləşəndə, Tanrı və ölümdən sonra həyat inancı, hər hansı bir dinə inanmayan insanlarda belə özünü göstərir.
Ölüm ani bir prossesmidir?
Belə düşünək; ölümü təsvir edən bir an var zehinlərdə. Ürək döyüntüsü dayanır, beynimiz sönür. Sonra da ölürük.
Xüsusilə ürək masajı texnologiyalarının bu qədər inkişaf etmədiyi dövrlər üçün düşünsək əgər, bu ana gəlib çatsaydıq geri qayıda bilməzdik. Yəni qısası, ölümün tam reallaşdığı və geri dönülməz bir ölçüyə keçdiyiniz düşünülürdü.
Amma bu an öləsi olsaq, bədəninizdəki hər bir hüceyrə anında ölməzdi. Məlumdur ki, oksigendən məhrum olmalarından sonra, hüceyrələrin ölməsi vaxt alır, birdən-birə olmur. Yəni, doktor ölməmizi açıqlasa belə hüceyrələr tam ölmədiyi həyata qayıtmaq şansımız qalır.
Əlbəttə, elə bir an olur ki, artıq ölüm tam reallaşır və dönüşü olmayan bir hal alır.
Nəticə olaraq ölüm, doğrudan bir prossesdir.






