Logo

Dünyanın ən qiymətli yumurtaları Londonda sərgiyə çıxarıldı

Dünyanın ən qiymətli yumurtaları Londonda sərgiyə çıxarıldı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Rus çarı III Aleksandrın "Pasxa" bayramında həyat yoldaşına hədiyyə üçün dəvəquşu yumurtasından bəzədilmiş "Faberge yumurtaları" Londonun Viktoriya və Albert muzeyində sərgiyə çıxarılıb.

Sfera.az xəbər verir ki, sərgi üçün xüsusi nümayiş biletləri artıq satılıb.

Yalnız 43-ü dövrümüzə çatan 50 yumurtanın dizaynı Faberge ailəsi və Karl Fabergenin rəhbərliyi altında dizaynerlər tərəfindən hazırlanmışdır.

Rusiyada çarizmin süqutundan sonra bütün dünyaya səpələnmiş Faberge yumurtalarının bir hissəsi şəxsi kolleksiyaçıların əlinə keçib. Sənətkarlığı və dizaynı ilə dəyər qazanan "Faberge yumurtaları" 10 milyon dollar dəyərində qiymətləndirilir.

İri yumurtaların bəzilərində çar sarayının miniatür dizaynı, bəzilərində isə Romanovlar ailəsinin təsvirləri var. Qış Yumurtası şüşə kimi incə oyulmuş qaya kristalından hazırlanmışdır. Yumurtanın içərisində olan miniatür çiçək səbətinin üzərində 1378 almaz var. Bu yumurta 2002-ci ildə 9,6 milyon dollara satılıb.

Turan Rzayev

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR