Logo

Son 24 min ildə belə bir şey baş verməyib - Elm adamlarından XƏBƏRDARLIQ

Son 24 min ildə belə bir şey baş verməyib - Elm adamlarından XƏBƏRDARLIQ
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Elm adamları qlobal istiləşmə ilə bağlı yeni araşdırma aparıb.

Sfera.az bildirir ki, Arizona universitetinin əməkdaşları son tədqiqatlara əsasən, dünyanın sürətlə isinməyə başladığını bildirərək xəbərdarlıq ediblər. Qeyd edilib ki, dünya son 24 min ildən bu yana bu günkü qədər isinməyib.

Araşdırmanın yazarı professor Cesika Tirney fikirlərini bu cür ifadə edib:

"Təəssüf ki, dediklərimiz həqiqətdir və hər kəs bunu bilməlidir. Tədqiqatlar göstərir ki, hazırkı temperatur 24 min ildə görünməmiş dərəcədədir və bu, insanın yaratdığı qlobal istiləşmə sürətinin hər şeydən daha sürətli olduğunu göstərir”.

"Nature” jurnalında yayımlanan yazıda, həmçinin qeyd olunub ki, istixana qazlarının konsentrasiyasının artması və buz təbəqələrinin çəkilməsi iqlim dəyişikliyinin əsas amillərindən olub. Məlumata görə, son 150 ildə müşahidə edilən istiləşmənin miqyası və sürəti son 24 min ildəki dəyişmənin miqyasını və sürətini çox üstələyib.

Günay Rəsulqızı

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR