Logo

Səmada görünən sirli "yaşıl işıq" müzakirə mövzusu oldu - VİDEO

Səmada görünən sirli "yaşıl işıq" müzakirə mövzusu oldu - VİDEO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

İngiltərədə səmanın bir çox yerində görünən "yaşıl işıq” gündəmə çevrilib.

Sfera.az bildirir ki,  işıq dünən axşam yerli vaxtla saat 21:30 radələrində ölkənin müxtəlif bölgələrində müşahidə edilib.  Meteorit olduğu təxmin edilən obyektin İngiltərənin şimalındakı Yorkşirdən paytaxt Londona qədər göründüyü qeyd olunub.

Bu barədə rəsmi açıqlama gəlməsə də, yerli mediada obyektin "kosmosdan gələn yüksək sürətli maddə kütləsi” və ya "atmosferlə sürtünmə nəticəsində yaranan işıq” ola biləcəyi ifadə edilib.

Hadisə şahidləri işıq topunu "möhtəşəm" adlandırıblar. Londonun şimalında yerləşən Enfilddəki evinin təhlükəsizlik kamerasından işığın göy üzündə süzüldüyü anları qeydə alan şəxs isə fotonu sosial mediada yerləşdirərək, özünü çox şanslı hiss etdiyini bildirib.

Günay Rəsulqızı

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR