Logo

Azərbaycan Stadler vaqonları alır

Azərbaycan Stadler vaqonları alır
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bakı-Tbilisi-Qars magistral dəmir yolunun ekspluatasiyası üçün 2016-cı ilin yayında Azərbaycana Stadler Rail Group şirkətinin yataq tipli ilk on sərnişin vaqonu gətiriləcək.

Bunu Trend-ə "Azərbaycan Dəmir Yolları" QSC-nin Mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov deyib.

Onun sözlərinə görə, bu vaqonların istehsalına ötən ilin sentyabrından başlanılıb: "Stadler şirkəti ilə

müqaviləyə əsasən, Bakı-Tbilisi-Qars magistral dəmir yolunun ekspluatasiyası üçün cəmi 30 vaqon

istehsal olunacaq. Tikinti işləri uğurla aparılır və 10 vaqondan ibarət ilk partiya bu ilin iyul-avqust

aylarında Bakıya gətiriləcək".

Azərbaycan Bakı-Tbilisi-Qars üçün yataq tipli 30 sərnişin vaqonu sifariş edib. Vaqonlar 4 kateqoriyada

istehsal olunur: "standart", "komfort", "biznes" və "restoran". Kateqoriyasından asılı olaraq, vaqonlar

10, 20 və 32 yerlik olacaq.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR