Logo

Milyonçuların Hər Gün Eyni Geyimdə Olmasının Səbəbi

Milyonçuların Hər Gün Eyni Geyimdə Olmasının Səbəbi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Müasir moda sənayenin inkişafına baxmayaraq, indiki zamanda ən çox populyarlığa sahib olan kiçik qarderoblardır, hansı ki təxminən 10-15 əşyadan ibarətdir. Bir çox hallarda, bu cür qarderoblara ən varlı və uğurlu insanlar üz tutur. .

Sfera.az bunun səbəbini sizə açıqlayır:

1. Az qərarın olması. Siz nə qədər çox qərar qəbul eləsəz, həmin qərarların keyfiyyəti bir o qədər az olacaq.  Məsələn, "Facebook” sosial şəbəkəsinin yaradıcısı olan Mark Zukerberq məhz bu cür fikirləşir. O insanlar ki, hər gün işdə vacib qərarlar qəbul edir, cuzi bir əhəmiyyəti olan bir qərarın beyindən silinməsi onlara böyük bir vaxt qazandırır, və beyində digər vacib fikirlər üçün yaddaş saxlayır. Bu cür az əhəmiyyəti olan qərarlardan biri də, geyimlə, qarderobla bağlı olan qərarlardır.

maxresdefault (1)//feedxana.com/wp-content/uploads/2016/07/maxresdefault-1-1-300x169.jpg 300w, //feedxana.com/wp-content/uploads/2016/07/maxresdefault-1-1-768x432.jpg 768w, //feedxana.com/wp-content/uploads/2016/07/maxresdefault-1-1-1024x576.jpg 1024w, //feedxana.com/wp-content/uploads/2016/07/maxresdefault-1-1-696x392.jpg 696w, //feedxana.com/wp-content/uploads/2016/07/maxresdefault-1-1-1068x601.jpg 1068w, //feedxana.com/wp-content/uploads/2016/07/maxresdefault-1-1-747x420.jpg 747w" sizes="(max-width: 1280px) 100vw, 1280px" style="box-sizing: border-box; border-width: 0px; border-style: initial; max-width: 100%; height: auto; text-align: center; clear: both; display: block; margin: 6px auto 21px;" />

2. Az vaxt sərfi. Biz təsəvvürümüzə belə gətirə bilmərik ki, geyim seçiminə nə qədər vaxt sərf edirik. Düz 5 il bundan əvvəl Rusiyanın paytaxtı olan Moskvada "333” adlı bir təcrübə keçirilib, hansında 3 ayda 33 cür paltarın geyininlməsi tələb olunurdu. Təcrübədən keçən insanların sözünə görə onlar vaxta qənaət edirdilər, səhər işə rahat və tez şəkildə çatırdılar.

3. Az stress. Əslən Nyu-York şəhərindən olan art-direktor Matilda Kalın sözlərinə görə, kiçik qarderoba üz tutandan bəri o öz geyimi barədə daha az narahat olur. Daha insan fikirləşmir ki, geyindiyi paltar çox rəsmidir ya yox, və yaxud çox açıqdır yoxsa normal. Sadə bir paltarda o daha az narahat hiss edir özünü.

4. Az enerji sərfi. Tanınmış film direktoru, Kristofer Nolanın fikirlərinə görə enerji sərfi tək böyük qarderobun yaranmasında yox həmçinin sonrakı mərhələlərdə ona göstərilən qayğıda da özünü göstərir. Məhz buna görə də tanınmış insanlar kiçik qarderoblara üz tuturlar.

Christopher Nolan//feedxana.com/wp-content/uploads/2016/07/christopher_nolan_horizontal_a_l-300x169.jpg 300w, //feedxana.com/wp-content/uploads/2016/07/christopher_nolan_horizontal_a_l-768x433.jpg 768w, //feedxana.com/wp-content/uploads/2016/07/christopher_nolan_horizontal_a_l-1024x577.jpg 1024w, //feedxana.com/wp-content/uploads/2016/07/christopher_nolan_horizontal_a_l-696x392.jpg 696w, //feedxana.com/wp-content/uploads/2016/07/christopher_nolan_horizontal_a_l-1068x602.jpg 1068w, //feedxana.com/wp-content/uploads/2016/07/christopher_nolan_horizontal_a_l-746x420.jpg 746w" sizes="(max-width: 1296px) 100vw, 1296px" style="box-sizing: border-box; border-width: 0px; border-style: initial; max-width: 100%; height: auto; text-align: center; clear: both; display: block; margin: 6px auto 21px;" />

5. Az, amma saz. Böyük qarderobların olması o mənaya gəlmir ki, orada olan bütün paltarlar geyinilməlidir. Bir vaxtlar böyük bir qarderoba sahib olan bir cavan valideynin sözlərinə görə, o orada olan paltarların hamısını geyinmirdi. Bəziləri xoşuna gəlmirdi,  digərləri ona narahat görsənirdi. Lakin indi o kiçik bir qarderoba sahibdir, və seçim çoxluğu ilə qarşılaşmır. Ona görə bu tip qarderobda olan paltarların hər biri idealdır. O bu paltarlarda nəinki kənardan gözəl görsənir, həmçinin o özünü daha gözəl hiss edir.

6. Sabit bir status. Nyu-Yorkun tanınmış yazıçılarından biri olan Elis Qreqori deyir ki, hər gün eyni bir geyimi geyinmək tanınmaq üçün çox sadə bir yoldur. Hər gün geyindiyiniz eyni bir geyim sizin böyüklüyünüzü, stabilliyinizi əks etdirir. Məhz bu əlamətlərə görə, uşaq nağılları kitablarında olan qəhrəmanlar bir cür geyimdə olurlar. Həmin kitabların müəllifləri insanlara çatdırmaq istəyirlər ki, həmin qəhrəmanlar dəyişməzdilər.

7. Pula qənaət. Gəlin etiraf edək ki, qarderobumuzda o qədər geyinilməmiş paltar var ki, hansılara ki artıq miqdarda pul xərcləmişik.(Feedxana.com)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR