Logo

Həkimlər xəstənin alnında burun yetişdirdilər - FOTO

Həkimlər xəstənin alnında burun yetişdirdilər - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Hindistan həkimləri 12 yaşlı oğlanın alnında burun yetişdiriblər.

Sfera.az saglamolun.az-a istinadən xəbər verir ki, oğlan kiçik yaşlarda infeksiyaya tutulub və bunun nəticəsində onun burun qığırdağı dağılıb. Uşaq burundan məhrum olub.

Həkimlər uşağa 4 mərhələli plastik əməliyyat ediblər. Əvvəl uşağın alnında yer "boşaldılıb", sonra bu yerə qığırdaq toxuması yerləşdirilib. 3 ay ərzində yeni qığırdaq əmələ gəlib.

Bundan sonra qığırdaq uşağın alnından göturulub və burunun yerinə yerləşdirilib. Daha sonra uşağa alnını bərpa etmək üçün növbəti plastik əməliyyatlar ediblər.

Hal-hazırda yeni orqan normal işləyir və uşağın sağlamlığında heç bir problem yoxdur.

Bundan əvvəl buna oxşar əməliyyat Çində həyata keçirilib. Orada qəzaya düşmüş 22 yaşlı oğlanın dağılmış burnunu bərpa etmək üçün həkimlər təzə burnunu onun alnında yetişdirmişdilər.
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR