Bu rəsmə ilk baxdığınızda nə görürsünüz? Psixoloji TEST
Kateqoriya məlum deyil
Bu psixoloji yanaşma sizin haqqınızda maraqlı məlumatlar verə bilir.
Mümkün 2 cavab var - cavan qız və ya yaşlı qoca.
Hansını gördüyünüzə əmin olduqdan sonra bu açıqlamalardan birinin sizə uyğun
olduğunu da biləcəksiniz.
Bu rəsmə ilk baxdığınızda nə görürsünüz?
Əgər cavan qız görmüsünüzsə...
Əgər siz
şəkildə cavan qadının başını arxa tərəfdən görmüsünüzsə, bu halda sizin çox
nikbin insan olduğunuzu deyə bilərik. Siz hər şeydə və hər kəsdə ən gözəl şeyləri
görməyə meyllisiniz. Çox çətinliklə sizi bu mövqedən döndərib, bədbinliyə doğru
istiqamətləndirmək olar.
Sizdə hər
zaman parlaq bir şey olacaq. Hətta bəzən sizi çox impulsiv, həssas
adlandırsalar da, siz bu xüsusiyyətinizin də ancaq yaxşıya doğru işlədiyini
sübut etməyə qadir insanlardansınız. İnsanlar sizin ətrafınızda olanda xoşbəxtliyə
sanki daha yaxın olurlar və enerjiniz onları da fəth edə bilir.
Əgər yaşlı
adam görmüsünüzsə...
Əgər siz
şəkilə ilk baxdığınızda, nəzərinizə yaşlı kişi çarpıbsa, bu sizin optimist
olmadığınıza, lakin bununla belə çox sadiq şəxsiyyətə malik olduğunuz işarədir.
Siz həyatı olduğu kimi dərk edənlərdən və empatiya qurmağı bacaran
insanlardansınız. İnsanlar sizə daha çox məsləhət üçün müraciət edirlər, çünki
onlara doğru yol göstərə biləcəyinizdən əmindirlər.
Sizin realist
olmağınızı çox vaxt bədbinliklə qarışdırırlar. Halbuki, siz real olmadığı halda
bədbinliyə də qarşısınız. Tənqidi düşüncə sizin ən xarakterik xüsusiyyətlərinizdəndir
və bunun sayəsində problemləri asanlıqla həlletmə qabiliyyətinə də maliksiniz.






