Necə edək ki, övladımız zəkalı olsun?
Kateqoriya məlum deyil
"Bu uşaq yaşından da çox bilir" bu cümləni eşidən hər bir kəs həmin uşağın nə qədər zəkalı və ağıllı olduğunu yəqin edir. Bir çoxlarımız bu cür zəkalı övlada malik olmağı arzu edirik. Ancaq bu heç də çətin bir iş deyildir.
Bunun üçün bəzi şərtlərə əməl etməliyik.
1. Həyat yoldaşı seçən zaman bəzi nöqtələrə
diqqət edin.
Zəkalı bir övlada sahib olmaq istəyiriksə gərək
həyat yoldaşı seçən zaman bu məsələyə diqqət edəsiniz. Çünki həm ata və həm də
ana övladın şəxsiyyətinin formalaşmasında mühüm rola malikdir. Hədislər də bizə
həyat yoldaşı seçən zaman onu zəkasına və ağlına xüsusi diqqət etməyi tövsiyə
etmişdir. Bunu da qeyd etmək lazımdır ki, mühit amilləri də uşağın zəkalı
olmasına təsir qoyar.
Həzrət Peyğəmbər (s) buyurur: "Ağlı az olan
qadınla evlənməkdən çəkinin, çünki onlardan doğulan uşaqların da ağlı az
olar". Həyat yoldaşı ağıllı və zəka olmaqla yanaşı, həm də dindar
olmalıdır. Peyğəmbərin (s) buyurduğu kimi, dindarlıq aqillərin yoludur.
Həzrət Peyğəmbər (s) başqa yerdə buyurur:
"Bir qadınla gözəlliyinə, sərvətinə görə evlənmək olmaz. Əgər imanı olmasa
mümkündür ki, bu gözəlliyi onu axmaqlığa tərəf çəksin. Həmçinin mal, iman olmadan da
mümkündür ki, onu üsyankar etsin. Bir qadınla yalnız iman və dininə görə
evlənin".
2. Quran oxuyun.
"Buharul-ənvar" kitabında oxuyuruq ki,
hamilə qadınlar həm yatan zaman və həm də oyaq olan zaman dəstəmazlı olsunlar.
Təbiidir ki, Allahı yada salmaq - qəlb və zehnin rahatlamasına səbəb olar.
Həmçinin ananın bətnində olan övlada da müsbət təsir qoyar. Onu ruhi və zehni
cəhətdən özünə etimad edən bir şəxsiyyət kimi yetişdirər.
Həmçinin tövsiyə edilir ki, ana hamiləlik zamanı
Quran oxumaqda davamlılıq etməlidir. Bundan başqa, övladın zahiri gözəlliyinə
və əxlaqına müsbət təsir qoyar. Onun zəkasını və ağlını artırar. Quran ayələri
içərisində "Həşr", "Hədid", "Məryəm" surələrini
oxumaq çox vurğulanmışdır.
3. Valideynin sağlamlığı.
Ata və ananın ruhi sağlamlığı ilə yanaşı, cismi
sağlamlığı da övlada birbaşa təsir edər. Həmçinin yorğunluq, qorxu və iztirab
hamilə qadın üçün təhlükəlidir. Hamilə qadının idman etməsi də çox mühümdür.
Elmi tədqiqatlar sübut etmişdir ki, o hamilə qadınlar ki, həftə ərzində üç dəfə
idman edərlər, elə övlad dünyaya gətirər ki, zəkalı və ağıllı olar. Həmçniin
hamilə qadının yaşıllığa və dənizə baxması da tövsiyə edilir.
4. Halal qidalar yeyin.
İnsanın yediyi hər şey onun cismi ilə yanaşı,
ruhuna də təsir qoyar. Həmçinin dünyaya gələcək övladınıza da təsir qoyar. İmam
Sadiq (ə) buyurur: "Ananın hamilə vaxtı istifadə etdiyi qida - halal və
haram olması üzündən, bətnində olan övladın zəkasına təsir qoyar". O kəs
ki, övladının zəkalı olmasını istəyir, gərək yediklərinə diqqət etsin. Haram
qidalardan çəkinsin. Bu məsələ övladın sonrakı dövründə də çox mühümdür.
5. Təbii yeməklər yadınızdan çıxmasın.
Hamilə qadının meyvə və təbii yeməklər yeməsi
övladın istedad və ağlına təsir qoyar. Ona görə də ana bayırda verilən
fast-fudlardan çox istifadə etməməli və lobya və tərəvəz yeməklərinə çox yer
verməlidir. Hədislərə nəzər salan zaman, xurma və bal yemək çox tövsiyə
edilmişdir. Peyğəmbərdən (s) və İmam Əlidən (ə) nəql edilir ki, buyurublar:
"Qadınlar hamilə vaxtı və ondan sonra xurma yesinlər. Çünki övladlarını
zəkalı, mülayim və hövsələli edər".
Hədislərdə oxuyuruq ki, kündür yemək də övladın
ağlına birbaşa təsir edər. İmam Rzadan (ə) gələn hədisdə oxuyuruq: "Hamilə
qadın tərəfindən kündür yeyilməsi - uşağın ağlının çox olmasına, qəlbin
paklığına, oğlan uşağının igid olmasına və qız uşağının xoş əxlaqlı olmasına
səbəb olar". Başqa bir hədisdə oxuyuruq: "Hamilə qadınlara kündür
yedizdirin. Çünki kündür ana bətnində olan körpənin qidasıdır. Qəlbini möhkəm
və dözümünü çox edər".
Tədqiqatlar göstərir ki, əgər qadın hamilə vaxtı
balığı və balıq yağını çox istifadə edərsə, övladı zəkalı olar.






