Dəhşət: Qadınları belə sünnət edirlər - VİDEO - FOTO
Kateqoriya məlum deyil
Qadağan edilməsinə baxmayaraq, dünyanın bir çox yerlərində qadın sünnəti deyilən bir qayda hələ də yaşayır. Daha çox Sudanda qəbilələr bu adətə gizli şəkildə də olsa əməl edirlər.
Birləşmiş Millətlər Təşkilatının (BMT) son
hesabatında dünyada indiyə qədər 140 milyon qadının sünnət olunduğu deyilir.
Hər il təxminən 2 milyon qız uşağı sünnət
səbəbindən ölümlə üz-üzə qalır. Qız sünnəti əsasən Afrika qitəsində yerləşən 30
Afrika ölkəsində həyata keçrilir. Bu bölgələrdə yaşayan hər 100 qadından 73-ü
sünnət olunub. Digər Afrika ölkələrindəki bəzi etnik qrup və qəbilələrə mənsub
olan qadınların təxminən yüzdə iyirmisi sünnət edilib.
Umman, Yəmən, Birləşmiş Ərəb Əmirliyi,
İndenoziya və Malaziyanın bəzi bölgələri ilə Quzey İraqdakı kürd qəbilələrində
hələ də qızların sünnət olunması adəti yaşayır.
Bu adəti hətta gəlmələrə də məcbur etdirirlər.
Gəlmələr isə yerli adət-ənənəyə uyğunlaşdığını göstərmək üçün əlacsız qalıb
azyaşlı qızını ölümlə üz-üzə qoyur. Avropa, Kanada, Amerika, Yeni Zellandiya və
Avstraliyada yaşayan kürd ailələri arasında hələ də qız sünnəti gizli şəkildə
həyata keçrilir.
Qız sünnəti nədir?
Misir, Sudan, Somali, Mail, Nigeriya, Kenyada
hələ də baş tutan qız sünnətini bəziləri islam dini ilə əlaqələndirsələr də bu
əslində sırf yanlış fikirdir. Çünki müqəddəs dinimizdə belə yanlışlıqlara yol
verilməyib. Bu yuxarıda deyildiyi kimi sadəcə bəzi qəbilələrdə (dinindən aslı
olmayaraq) yaşanan adətdir. Qız sünnətində əsas məqsəd azyaşlı qızlarda cinsi
istəyi öncədən öldürməkdir. Əsasən 4-12 yaşlar arasında qızlar sünnət edilir.
Bu zaman qızın cinsi orqanının dodaqcıqları lezva ilə kəsilir, qanaxmanı
saxlamaq üçün dağ basılaraq damğalanır və sidik kanalına qədər tikilir. Bəzi
qəbilələrdə isə sünnət olunan qızı qışqırarkən səsini eşitməsinlər deyə, anası
və bacıları meşəyə aparırlar. Burada onu tamamilə soyundurur, qollarını
tuturlar, sünnət edildikdən sonra kəsilmiş cinsi orqanını tiknalı yarpaqlarla
döyəcləyərək bu yolla tükünü təmizləyirlər. Daha sonra sünnət edilmiş qızın
kəsilmiş yerinə dağ basaraq damğalayırlar. Ətrafdakı qadınlar isə ritm tutaraq
oxuyur, müəyyən ritualı həyata keçrirlər. Bu mərasim 3 gün davam edir. Meşədə
sünnət edilmiş qızı elə meşəyə tək buraxıb, evə dönürlər. Qız bir həftə meşədə
tək qalır. Ona ancaq anası yemək gətirir.
Bütün bunlar dəhşətlidir. Əslində insanlıq adına
qara ləkədir. Amma daha dəhşətli məqamlar var burda. Adətə görə, başına bu
qədər müsibətlər gətrilən qız sünnət olunarkən səsini çıxarmamalı və
ağlamamalı, çəkdiyi ağrıları hiss etdirməməlidir. Nəzərə alanda ki, bütün
proses heç bir keyləndirici istifadə edilmədən aparılır 4-12 yaş arasında olan
zavvalının nələr çəkdiyi məlum olar. Adətə görə, sünnət olan qız əgər ağlasa bu
hərəkəti onun özü və anası üçün böyük xəcalət olar. Sünnət edilərkən səsini
çıxaran, ağlayan qız öz qəbiləsində və ailəsində ömürü boyu qadın sayılmayacaq
və buna görə də ömrü boyu ailəsi, əri və ətrafdakılrdan işgəncələr görəcək.
Bütün hallarda sünnət edilən qızlarda tikilərkən
aybaşı zamanı qanaxmaya da yer qoyulur. Guya cinsi istəyi artıran yerləri
kəsməklə azyaşlıların gələcəkdə bəkarətini qorumasına kömək edirlər. Qeyd edək
ki, qız sünnətinin də müxtəlif növləri var. Bu növlərin arasında ən dəhşətlisi
Somalidə edilən sünnətdir. Yəqin elə ən dəhşətlisi olduğuna görə, buna Firon
sünnəti adı verilib. Qızlarda olan Firon sünnətində cinsi orqanın kiçik və
böyük dodaqcıqları dərindən kəsilir və sidik kanalına qədər tikilir. Sünnət
olan qızın ayaqlarını bir-birinə möhkəm sarıyırlar. Aylarla ayaqları sarıqlı
qalan qız ayaqlarını tərpətmir ki, yarası sağalsın. Ən dəhşətlisi isə odur ki, sünnət
xəstəxanalarda aparılımır. Əməliyyatı cərrahlar və ya adicə həkimlər də etmir.
Sadəcə evlərdə, gizli yerlərdə qadın dəlləkləri zavallı qızların kəsiləcək
yerlərini adicə küllə keyidir, sonra isə lezva ilə kəsərək, bürünc iynə və ya
ucu çəngəl şəkilli iti alətlə tikirlər. Əməliyyat isə hər zaman uğurla alınmır.
Hər il sünnət zamanı minlərlə azyaşlı qız dünyasını dəyişir. Bəzən isə bu
qızlar ağrının şiddətindən dəli olur və ya ana ola bilmirlər. Sünnət olmuş
qızlar ailə qurduqdan sonra cinsi əlaqə zamanı orqazmdan da məhrum olurlar.
Sünnət edilərkən qızın cinsi orqanı üstdən elə
tikilir ki, sidik dəliyi lap kiçik qalır. Belə qzların ərə gedənə qədər sidiyi
damcı şəklində gəlir.
Dəllək tikir, mamaça sökür
Sünnət olmuş qızlar bütün həyatları boyu cinsi
əlaqə zamanı yaranan həzzdən məhrum olurlar. Bu qızlar ərə gedərkən ilk zifaf
gecəsini sünnət olunduğu andan daha dəhşətli ağrılar içində keçirirlər. Sünnət
olmuş qızların ərləri bir həftəlik əziyyətdən sonra istəklərinə çatırlar. Bu
çox çətin prosesdir. Bəzən sünnət olunmuş gəlinin əri bir şey alınmadığını
gördükdə evə mamaça çağırır. Mamaça əlində bıçaq gəlir. Sünnətli gəlinin
uşaqlıqdan kəsilib, tikilib, bitmiş hissəsini bıçaqla kəsmək isə bəyin işidir.
Bəli, heç bir tibbi savadı olmayan təzə ər mamaçanın gətirdiyi bıçaqla sünnət
olunmuş qızın dəllək tikən yerini kəsir. Bu zaman heç bir ağrıkəsicidən və ya
keyləndiricidən istifadə edilmir. Bu isə bəzən gəlinin ağrıdan şoka düşərək
müxtəlif xəstəliklərə tutulması və ya ölməsi ilə nəticələnir. Amma onu da qeyd
edək ki, sünnətli gəlin üçün evə mamaça çağırmaq yenicə evlənmiş bəyin
qəbiləsində rəzil olması ilə nətiçələnir. Artıq heç kəs ona kişi kimi baxmır.
Odur ki, bəzən həftələrlə bəy vüsala çatmağa çalışır, amma qızın bu əzabdan
birdəfəlik xilas olması üçün evə mamaça çağırmır.
Sünnət olunmuş qızın qiyməti çoxdur
Onu da nəzərinizə çatdıraq ki, ərə verilərkən
sünnət olunmuş qızlara daha çox başlıq verilir. Bəzən atalar qızlarını ərə
verərkən daha çox başlıq alsınlar deyə sünnət etdirirlər. Eyni zamanda bəzi
tarixçilər qız sünnətinin lap qədimlərdən gəldiyini deyirlər. Qədimlərdə Afrika
qəbilələrində müharibə zamanı əsir götrülmüş, eyni zamanda varlıların
qarşısında köləlik edilən qızları sünnət edərmişlər. Çünki belələrini qul
bazarında daha baha qiymətə satırmışlar.
UNİCEF və UNFPA 2008-ci ilin avqust ayında qız
sünnətinin qarşısını almaq üçün 44 milyon dollar xərci olan bir proqramı həyata
keçirməyə başladı. Proqram çərçivəsində öncə 16 Afrika ölkəsində hökumət,
media, dini liderlər və sağlamlıq mərkəzlərini bu işə cəlb etdilər. Lakin bütün
bu islahatlar istənilən nəticəni vermədi.
Qız sünnətini yasaqladılar, amma…
2008-ci ildə Misirdə hökumət qız sünnətini
yasaqladı. Bunun ardınca Sudan hökuməti də sünnətlə bağlı bir qanun hazırladı.
Hətta yeni qanun da qızları bu dəhşətli adətdən xilas edə bilmədi.
Sudanda dini idarə və hökmuət qız sünnətinin
islama zidd olduğunu deyərək bu adəti yasaq etdi və fətva verdi. Dövlətin bütün
səylərinə baxmayaraq, evlərdə, qızlar bu gün də gizli şəkildə sünnət
edilməkdədir.
İnsan haqları müdafiəçisi, professor Mühasim
Abbas isə qız sünnətinin heç bir dinə aid olmadığını deyir: "Qız sünnəti
əslində ərəb adəti deyil. Heç bir dində -nə islamda, nə yəhudilikdə, nə də
xristianlıqda belə qayda yoxdur. Bu əslində qəbilələrin yaşatdığı bir adətdir”.
Qız sünnəti də bəzi tayfalarda oğlan sünnəti
kimi xüsusi məclislə qeyd edilir. Bir qadın qızın artıq sünnət edildiyi
xəbərini atasına verir və bu münasibətlə məclis düzəlir. Bəzi Afrika qəbilələrində
bu gün də sünnət olunmayan qızı almırlar və ya onu daşqalaq edirlər.
"Vashington Post” 7 yaşlı Şilanın faciəsindən
yazdı
Amerikanın "Vashington Post” qəzetinin müxbiri
Amit R.Paley İraqda olarkən 7 yaşlı kürd qızı Şilan Ənvər Ömərin sünnət mərasimini
izləyib. Gördüklərindən dəhşətə gələn müxbir yazır: "7 yaşlı kürd qızı Şila elə
gülümsəyirdi, ağızı qulaqlarına çatmışdı. O, çox sevinirdi. Anası onu qonşuda
keçrilən şənliyə apardığını demişdi. Qız bir azdan məclisdə şənlənəcəyi həvəsi
ilə bu evə girdi. Qapını bağladılar. Mamaça əlinə bir lezva alaraq "bunu Allah
adına edirəm” dedi. Bir azdan Şilanın çığırtısı məhəllənin o biri başına gedib
çıxırdı. Bu dəhşətli idi. Lakin qızını sünnət etdirib geri dönən ana qürurla
gülümsəyirdi”.
Qəzetin müxbiri anadan qızının ağrılarına
münasibətini soruşanda isə o, qız sünnətinin nədən qaynaqlandığını bilmədiyini,
sadəcə bunun Allah əmri olduğu üçün etdiyini bildirir.
Qəzet bu gün İraqda məskunlaşan kürd ailələrində
bu adətin yaşadığını yazır. "Vashington Post” İraqda qız sünnətinin indiyə
qədər dövlət tərəfindən qadağan olunmamasının səbəbini də ölkəyə rəhbərlik
edənlərin mənşəyi ilə əlaqələndirir. Artıq bəllidir, kürd tayfaları qız
sünnətinə qadağa qoymaz.
Müxbir sonda 91 yaşlı kürd qarının "sünnət
olmamış qadının əlindən bir tikə də alıb yemərəm” sözlərini xüsusilə
vurğulayır.






