Yadplanetlilərə oxşamaq üçün özünü bu hala saldı – Burnunu və qulaqlarını kəsdirdi
İspaniyanın Barselona bölgəsinə köçən fransız əsilli Antoni Lofredo yadplanetli kimi görünmək üçün bədənində köklü dəyişikliklər edib.
Sfera.az xəbər verir ki, bütün bədənini tatuya boyayan Antoni Loffredo yadplanetli kimi görünmək məqsədilə burun və qulaqlarını cərrahi yolla kəsdirib.
"Equinox” jurnalında dərc olunan məlumata əsasən 33 yaşlı Antoni Loffredo bu məqsədlə Barselonaya köçüb. Özünü "Qara yadplanetli" adlandıran Loffredo bədəninin hər tərəfinə qara rəngli döymələr etdirib.
Gözlərinə mürəkkəblə dolduran, qulaqlarını və burnunu kəsdirən Loffredo yadplanetliyə çevrilmə layihəsinin yalnız 29 %-nin tamamlandığını söyləyib.
O, kiçik yaşlarından robotlara və yadplanetlilərə heyran olduğunu və onlar kimi olmağı arzuladığını qeyd edib.
Loffredo transformasiya prosesinə ilk dəfə 26 yaşında dilini ikiyə bölməklə başladığını və etdiyi dəyişikliklərin ailəsini təəccübləndirdiyini bildirib.
"Qara yadplanetli" sağlam həyat tərzinə diqqət yetirdiyini, içki və siqaret çəkmədiyini, həmçinin müntəzəm olaraq idmanla məşğul olduğunu söyləyib.Əzizə Zeynal
Sfera.az





