John Titor: 2036-cı ildən gələn adam - FOTOLAR
John Titor, zaman səfəri edib 2036-ci ildən gəldiyini iddia edən bir adamdır.
Sfera.az xarici mətbuata istinadən xəbər verir ki, adının taxma olduğunu söyləyib fərdi blokuna gələcəklə əlaqədar bəzi məlumatlar yazmışdır.
J.Titor 2000/2001 illərdə müxtəlif internet xəbər saytlarına naməlum məlumatlar göndərmiş, yaxın gələcək haqqında və yaşadığı zaman haqqında praqnozlar vermişdir. Bununla da John Titorun söylədikləri müzakirəyə səbəb olmuşdur.
Bəs kimdir bu John Titor?
Öz ifadəsinə görə 2036-ci ildən gələn bir əsgərdir. O 1970-ci illərdə gəlmək istəyib, lakin zamanlama səhvi edərək 2000-ci illərə gəlib.
Onun əsas məqsədi isə IBM 5100 modelli bir kompüter tapmaq və bu kompüter sayəsində gələcəkdəki düşmənlərinin şifrələrini qıracaq bir əməliyyat həyata keçirmək olub.
O, 2015-ci ildə 3-cü Dünya müharibəsi çıxacağını söyləmişdir:
"Çin-Amerika əleyhdarlarının yaratdığı bu döyüş zamanı milyonlarca insan öləcək. Həmçinin bu zaman insanlar az xəstələnəcək, uzun yaşayacaq, doğru qərarlar verə biləcək".
"2037-ci ildə isə mövcud nizama qarşı çıxan anarxistlər olacaq. John Titor, özünün də bir anarxist olduğunu, elm insanlarının sayəsində zaman maşınını icad etdiklərini, düşmənlərin kompüter şəbəkəsini hacklemek üçün 1970-ci ildə istehsal olunan IBM kompüterinin kodlarını lazım olduğunu söyləyərək onun haqqında deyilən iddiaları təsdiqləmişdi.
Bir körpü açılışında çəkilən fotoşəkildə əks olunan hipster geyimliı, müasir saç modelinə sahib, əlində kiçik bir fotoaparat daşıyır kimi görünən və günəş gözlüyü taxan adamın kim olduğu hələ də sirrini qoruyur.
Xatırladaq ki, fotoşəkilin əsli Kanadada bir muzeydə qorunur və mütəxəssislər bunun qətiliklə hiyləli bir fotoşəkil olmadığını söyləyirlər.








