Gənc oğlan öz “iPhone”u ilə evləndi - VİDEO
ABŞ-ın Las-Veqas şəhərində növbəti qeyri-adi toy baş tutub. Anspress-in məlumatına görə, amerikalı Aaron Çervenak öz "iPhone”u ilə nikaha girib.
Ancaq amerikalı bunu gülüş xatirinə etməyib. O, bu hərəkəti ilə ictimaiyyətin diqqətini bir fakta yönəldib. Onun fikrincə, müasir insanlar öz cihazlarından həddindən artıq asılı vəziyyətə düşüb və real həyatın mövcudluğunu unudublar.
Gənc oğlan telefonu ilə nikaha girərək insanların virtual dünyaya daha çox diqqət ayırmasına etirazını bildirib. "Əslində, hamı gərək real həyatda bir-birinin varlığından həzz alsın və bir-birini həqiqətən sevsin. Hərçənd bir-birimizi və cəmiyyəti sevmək əsl zövq olmalıdır. Həqiqət isə belədir ki, biz bu gün tamamilə öz telefonlarımızdan asılıyıq".
Aaron Çervenakın sözlərinə görə, insanlar telefonlarında rahatlıq, sevinc axtarır və bu, tam münasibətləri əvəz edə bilər. "İnsanlar onlarla gününün 24 saatını keçirir. Onlar öz smartfonları ilə yatır, smartfonları ilə oyanırlar. Hətta bəzi mənalarda bizim smartfonlarla ən uzunmüddətli münasibətlərimiz belə mövcuddur”, - deyə gənc bildirib.
Las-Veqas şəhərində baş vermiş bu qeyri-adi toy dünya mətbuatının marağını cəlb edib. Öz növbəsində Aaron ümid edir ki, onun bu hərəkəti kimlərisə öz davranışı barədə düşünməyə vadar edəcək.
A.Çervenak tərəfindən çəkilmiş video ictimaiyyətin cihazlara olan sevgisinin "simvolik jesti” kimi qiymətləndirilir. Həmin videonu sizə də təqdim edirik:






