Qədr gecəsi bağışlanılmayacaq 5 nəfər
Bu gecə tövbə edənin bağışlanacağı, amma beş adamın bağışlanılmayacağını Peyğənbərimiz bildirir.
Qədr Gecəsinin ən əhəmiyyətli xüsusiyyəti, cin və insanlara iki dünya səadəti bəxş edən, kainat kitabının əzəli bir tərcüməsi olan uca kitabımız Qurani
Kərimin bu gecədə ilk olaraq dünya səmasına endirilməsidir. Bu mübarək gecədə insanlığın əbədi rifahına səbəb olacaq, ona bərəkətli bir ömrü qazandıracaq bir fürsət verilir. Bu gecəni dua, zikr və ibadətlə keçirən adam, səksən il kimi bir ömürdə qazana biləcəyi ən böyük savabdır.
Qədr Gecəsinin Ramazanın hansı gecəsinə rast gəldiyi barəsində xeyli rəvayət olmaqla birlikdə, Ramazanın son on günündə axtarılması tövsiyə edilmişdir.
Bəzi hədis-i şəriflərdə 27-ci gecəsinə təsadüf etdiyi bildirilir. "Onu iyirmi yeddinci gecədə axtarın" tərcüməsindəki hədis bu xüsusa işarə etməkdədir.
Bu rəvayətlərə əsaslanan, İslam alimləri Qədr Gecəsinin Ramazanın iyirmi yeddinci gecəsi olaraq qəbul etmiş və beləcə müsəlmanlar o gecəni Qədr Gecəsi olaraq bəyan etmişlər. Qədr Gecəsində daha çox savab qazanmaq üçün namaz qılınar, Quran oxunar, salavat-ı şərifə söylənilər.
Bu gecədə necə dua edək?
Bunu da Həzrəti Aişə (r.a.) vasitəsilə yenə Peyğənbərimizdən (s.ə.s.), öyrənək:
"Dedim ki, 'Ya Rəsulullah, Qədr gecəsi günü necə dua edim?' Rəsulullah Əleyhissalatu Vəssalam;
"Allahummə innəkə afuvvun tuhibbl-afve fafu anni (Allahım, sən bağışlayansan, bağışlamağı sevirsən, məni də bağışla).






