Logo

Yaponiyada 107 yaşlı bacılar rekordlar kitabına düşdülər

Yaponiyada 107 yaşlı bacılar rekordlar kitabına düşdülər
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

İnsan ömrünün ən uzun olduğu ölkələrdən biri sayılan Yaponiyada 107 yaşlı əkiz bacılar Ginnesin Rekordlar Kitabına düşmək hüququnu qazanıblar.

Sfera.az xəbər verir ki, Umeno Sumiyama ve Koume Kodama adlı 107 yaşlı bacılar "Ən yaşlı əkizlər” nominasiyası üzrə rekorda imza atıblar.

Qocalar evində yaşayan bacılar 5 noyabr 1913-cü ildə anadan olublar.

107 il əvvəl ölkənin qərbində yerləşən Şodoşima adasında 11 övladın 3 və 4-cüsü olaraq dünyaya gəliblər.

Onlara Ginnes Rekordlar Kitabının sertifikatı COVID-19 səbəbilə karqo vasitəsilə çatdırılacaq.

Yaponiya Daxili İşlər və Rabitə Nazirliyinin məlumatlarına əsasən ölkə əhalisinin 29,1 faizini 65 yaşdan yuxarı olanlar təşkil edir. Bunlardan 86.510-u 100 yaşdan yuxarıdır.

Əzizə Zeynal

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR