Əl formasına görə xasiyyətiniz - FOTO
Kateqoriya məlum deyil
Kvadrat ovuc forması, qısa
barmaqlar.
Belə əllərə
sahib olan qadınlar çox təcrübəlidir. Nadir hallarda həyata keçməsi mümkün
olmayan şeylər istəyirlər. Etibarlılıq və ağıllarına görə seçilirlər. Onlar
yeni insanlarla asan ünsiyyət qururlar və bu müansibətləri "işgüzar relslərə”
çevirməkdə heç bir eyib görmürlər. Əgər siz bu təsvirdə özünüzü tapdınızsa bilməlisiniz
ki, müabahisələrinizin səbəbi nələrisə çox yüksək səviyyədə gözləməyinizdir.
Ona görə vaxtaşırı plan üzrə hərəkət etməməyə çalışın.
Kvadrat
ovuc forması, uzun barmaqlar.
Bu tip
qadınlar öz sözlərini jestlərlə vurğulamağa üstünlük verir. Onlar kəskin və
emosionaldır. Maraqları müxtəliflidir, onlar adətləri və mərasimləri sevmirlər.
Yeni hislərin axtarışı zamanı, onlar istənilən dəliliklərə hazırdılar. Onlar məmnuniyyətlə
insanlarla və kompüterlərlə ünsiyyət saxlayırlar. Praktik olaraq bütün ofis təchizatıyla
bu adamlar çox rahat işləməyi bacarırlar. Əgər siz bu təsvirdə özünü
tapdınızsa, tez əldən düşməmək (tükənməmək üçün) üçün, özünə əlavə enerji mənbəyi
təmin etməyə çalışın. Məsələn bunda sizə spa-salonlar və ya axşamlar gününüzü
keçirə biləcəyiniz sakit məkanlar kömək edəcək. Əsas müntəzəm istifadə etməyinizdir.
Uzunsov
ovuc forması. Qısa barmaqlar.
Bu
qadınlar çox pozitiv, əla təşkilatçıdırlar. Onlara bütün yeni məlumatlar
maraqlıdır. Onlar üçün bütün dünya — teatrdır, ətrafındakılarların diqqəti
olmadan onlar özlərini emosiyasız hiss edirlər. Tamaşaçı onlara hava kimi
lazımdır. Ürəyinin dərinliyində belə adamlar balaca uşaq qalırlar. Onlar yad
sözlərə etibar etmirlər. Əgər siz bu təsvirdə özünü tapdınızsa, əsəb sistemini,
ürəyi və damarları həddən artıq yükləməmək üçün, sizə az tələsməyi və daha çox
dincəlməyi məsləhət görürük.
Uzunsov
ovuc forması. Uzun barmaqlar.
Şübhələr
və ziddiyyətlər bu qrupun nümayəndələrinə tez-tez əzab verir. Onlar yumşaq və həssasdırlar,
yad təsirə asan təslim olurlar. Onlar arasında yaradıcı insanlar çoxdur. Bu
qadınlar təzyiq altında işləyə bilmirlər. Onları adrenalin az maraqlandırır. Bu
adamlarda intuisiya yaxşı inkişaf etmişdir. Onlar tez-tez bilirlər, kim indi zəng
vuracaq və ya problemin həllində hansı variantın seçmək lazımdır. Madiyyat
onları daha az həyəcanlandırır, nəinki mənəviyyat. Əgər siz bu təsvirdə özünüzü
tapdınızsa, onda yadda saxlayın ki, hər gün duyulan yeni hislər bizə yaşamağa
kömək edir, ona görə onların müxtəlifliyinə çalışın adət etdiyiniz vərdişlərinizlə
kifayətlənməyin.






