İlk üz nəqlİ əməliyyatı keçirən Rəcəb Sərt ata oldu - FOTOLAR
Kateqoriya məlum deyil
Türkiyənin ilk üz nəqli olan Rəcəb Sərt ata oldu.
Sfera.az xəbər verir ki, Aralıq Dənizi Universiteti xəstəxanasında Prof.Dr.Ömər Özkan və qrupu tərəfindən 18 iyul 2013-cü ildə üz və çənə nəqli edilən Rəcəb Sərt və həyat yoldaşı Esma Sərt, körpə həyəcanı yaşayır.
Məlumata görə, cütlüyün qız övladı olub. Hira adı verilən körpənin 3 kilo 700 qram olduğu və sağlam olduğu bildirilib. R.Sərt çox həyacanlı olduğunu və bugün yaşadığı xoş günün 3 il əvvəl ağlına belə gəlmədiyini bildirib.
Qeyd edək ki, əməliyyatdan sonra sağlamlığına qovuşan R.Sərt 2014-cü ildə ailə həyatı qurub.






