Logo

Yadplanetli tərəfindən qaçırılana pul ödənəcək - Şok xəbər

Yadplanetli tərəfindən qaçırılana pul ödənəcək - Şok xəbər
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Can, ayaq, üz, gülüş sığortası...İnsanlar arasında bədənlərinin müxtəlif yerlərini və bəzi fiziki özəlliklərini fantastik məbləğlərə sığortalatdırmaq dəb halını alıb. Lakin dünyada elə sığorta növləri də var ki, eşidəndə təəccüb etməmək mümkün deyil.

İndi biz sizi həmin sığorta növlərindən biri ilə tanış edəcəyik. Sən demə, yadplanetlilər tərəfindən qaçırılan şəxsin sığortası varmış. Yəni əgər sığorta olunan şəxs öz iradəsindən asılı olmadan - zorla yad planetliler tərəfindən Yer kürəsindən qaçırılarsa, sığorta ödənişi həyata keçirilir və zərərçəkənə 5 min avro ödənilir. Lakin bir şərt var: gərək qaçırılan şəxs sığorta şirkətinə həkimdən və aviakosmik orqanlardan arayış təqdim etsin. Hər halda nə qədər qəribə səslənsə də, yadplanetlilərin varlığına inanan insanlar arasında bu cür sığorta növünə müraciət edənlər var.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR