Bu cizgi filmi 700 uşağı xəstəxanalıq etdi
Kateqoriya məlum deyil
Yəqin ki, "Pakemonlar" adlı cizgi filmi barədə eşitmisiniz. Lakin bu cizgi filminin uşaqlara nə dərəcədə pis təsir etdiyini ehtimal ki, çox az adam bilir.
1997-ci ildə Yaponiyada 700-dən çox uşağa təcili tibbi yardım göstərilib. Məlum olub ki, "Nintendo" üçün hazırlanmış "Pocket Monsters" oyunu əsasında çəkilən cizgi filminə baxdıqdan sonra onlarda sudorqa yaranıb. 3 və yuxarı yaşlı 208 uşaq epileptik simptomlarla dərhal xəstəxanaya çatdırılıb.
Ekspertlər əmindirlər ki, buna səbəb cizgi filmdəki partlayış səhnəsi və onun ardınca isə işığın 5 saniyə sayrışması olub.






