Alimlər yadplanetlilərin niyə susduğunu açıqladılar
Kateqoriya məlum deyil
SETI (Search for Extraterrestrial Intelligence) layihəsinin tədqiqatçısı astrofizik Cill Tarter bəşəriyyətin digər yadplanetli sivilizasiyalar ilə indiyə qədər əlaqəyə girməməsinin iki səbəbini açıqlayıb.
Sfera.az-ın məlumatına görə, ilk səbəb Kainatın
böyük ölçülərindədir. Tarterin fikrincə, insanlar hələlik onun yalnız kiçik bir
hissəsini tədqiq ediblər. Astrofizik tədqiq edilən sahənin miqyasını Dünya
Okeanından götürülən bir şüşə su ilə müqayisə edib.
Alim hesab edir ki, ikinci səbəb XXI əsrdə
başlayan texnoloji durğunluqdur. Tarter bildirib ki, bəşəriyyət hələlik
yadplanetlilərlə əlaqəyə girmək üçün lazımi ünsiyyət üsulunu icad etməyib.
Astrofizikin fikrincə yadplanetlilər Yerə
gəlsələr, onlar burada öz qaydalarını diqtə edəcəklər. Oxşar nəzəriyyə ilə
britaniyalı alim Steven Xokinq də çıxış edib. O hesab edir ki, yadplanetlilər
planetləri işğal edən müharibə aparan köçərilər ola bilər.
Qeyd edək ki, yadplanetli sivilizasiyaların
axtarışı SETI layihəsi çərçivəsində aparılır. Axtarışlar yalnız elektromaqnit
diapazonunda həyata keçirilir.
Bəzi ailmlər bu nöqteyi-nəzər ilə razı deyillər.
Məsələn, fizik Rocer Penrouz hesab edir ki, qədim sivilizasiyalar
yadplanetlilərlə əlaqəyə girmək üçün qara dəliklərin toqquşması zamanı yaranan
qravitasiya dalğalarından istifadə edə bilərdilər.
Bundan əlavə ünsiyyət vasitəsi kimi maddə ilə
çox zəif qarşılıqlı əlaqəyə girən neytrino da istifadə oluna bilər.
Lakin hal-hazırda bəşəriyyətin texnoloji
inkişafı qravitasiya və neytrinonun istifadəsinə imkan vermir.






