İspan alimlərinin kəşfi: Bu heyvanın orqanı insana nəql ediləcək
Kateqoriya məlum deyil
İspan alimləri donuzdan insana orqan nəqli ilə bağlı araşdırmalarında önəmli uğurlar qazanıblar.
Sfera.az bildirilir ki, qarşıdakı bir neçə
ildə ilkin mərhələdə donuzdan insana mədəaltı vəzi, qığırdaq, gözün buynuzlu
qişası və böyrək nəqli edilə bilər.
Proqnozlara görə, bir neçə ilə donuz orqanı
istifadə edən insanların sayı artacaq və orqan nəqlində donuz bir nömrəli
heyvan olacaq.
İspan alimi Juan Karlosun rəhbərliyi ilə bir
qrup elm adamı, İspaniyanın cənubundakı Mursia şəhərində bir donuz fermasında
apardıqları elmi təcrübələrin nəticələrini ilk dəfə mətbuata açıblar.
Juan Karlos bu laboratoriyada yetişdirilən
donuzların daxili orqanlarının insan bədəninə köçürülməsi ilə bağlı
saysız-hesabsız təcrübələr keçirdiklərini vurğulayaraq, artıq son mərhələyə
gəldiklərini və çox yaxın bir gələcəkdə bəzi orqanların nəqlinin mümkün
olacağını bildirib.
Donuz ilə insanın daxili orqanları arasında
inanılmaz oxşarlıqlar olduğunu vurğulayan doktor Juan Karlos deyib ki, arteriya
vasitəsilə qan dövranı donuzlar və insanlar arasında demək olar, eynidir:
"Hamiləliyin ilk aylarındakı embrion inkişafı belə, donuzla insan arasında
demək olar ki, tam oxşardır”.
Elm adamlarının orqan nəqli ilə bağlı niyə məhz
donuzu seçməsinə gəlincə, Juan Karlos nümunə kimi kardiologiyada donuzun ürək
qapaqcıqlarından neçə illərdir ki, alternativ olaraq, istifadə edildiyini
xatırladıb.
İspan alimi onu da bildirib ki, bu işin etik
tərəfi də onları narahat edir və ayrı-ayrı ölkələrdə bu nəqlə necə reaksiya
veriləcəyini isə bilmirlər.






