4 dollarlıq smartfonların buraxılma tarixi məlum olub - Foto
Kateqoriya məlum deyil
Hindistanın "Ringing Bells” şirkəti nəhayət ki, dünyanın ən ucuz smartfonu "Freedom 251”in buraxılış tarixini müəyyənləşdirib.
Cəmi dörd dollar qiymətə malik smartfonlar artıq
bu həftə- iyunun 30-da yerli bazara çıxarılacaq. İstehsalçı şirkət qoyduğu
sərmayəni çıxarmaq üçün gələcəkdə hər ay 200 min smartfon buraxmaq
niyyətindədir. Məlumatlara əsasən, "Freedom 251” 4- düymlü qHD-displey (960 x
540 nöqtə), dördnüvəli 1.3 GHz takt tezlikli, 1 GB operativ yaddaşlı və 8 GB
daxili fleş-yaddaşlı prosessor, microSD kartları üçün slot, 8 və 3,2 Mp kamera,
1800 milliamper saat tutumlu akkumulyator, 3G, Wi-Fi 802.11 b/g/n, Bluetooth və
GPS təchiz edilib. Smartfon Android 5.1 idarəsi altında işləyəcək. Məsələ
yalnız bu smartfonların nə qədər keyfiyyətli olacağındadır. Yaxın gələcəkdə
"Ringing Bells” dünyada ən ucuz televizorların satışını həyata keçirəcək. 32 düym Full HD displeyli
model 150 dollardan ucuz başa gələ bilər.






