Sosial şəbəkə kökəldir - Diqqətli olun!
Kateqoriya məlum deyil
Sosial şəbəkələr insanı kökəldir.
Mütəxəssislərin apardığı araşdırma nəticəsində
məlum olub ki, sosial şəbəkədən aktiv istifadə qida pozğunluğuna səbəb olur. Bir
neçə həftə ərzində tədqiqatlarda iştirak edən 960 insanı müşahidə edən
mütəxəssislər, məhz bu müşahidələr əsasında təhlillər aparıblar. Sonda məlum
olub ki, sosial şəbəkələrdə ən azı iki saat vaxt keçirən insan tez-tez qida
qəbul edir və bu da onların artıq çəkidən əziyyət çəkməsinə gətirib çıxarır.
Lakin bütün bu deyilənlərə baxmayaraq, sosial şəbəkə istifadəçilərinin sayı çox
sürətlə artmaqdadır.






