Ramazan ayında necə bəslənməliyik? - FOTO
Mübarək ramazan ayının yaz aylarına təsadüf etməsilə əlaqəli ac qalma müddəti də artmış olur.
Sahur və iftar arasındakı bu zamanda ac qalan və qida ala bilməyən mədəyə iftarda həddindən artıq qida yükləmək həzmsizlik, qabarıqlıq və qəbizlik kimi problemlərə səbəb ola bilər.
Əslində sağlamlığımızı həm fizioloji olaraq, həmdə psixoloji olaraq qorumaq birazda öz əlimizdədir.
Sfera.az bu tədbirləri sizə təqdim edir:
1.İlk tədbirlərdən biri gündəlik su miqdarını ala bilməkdir. İftar və Sahur arasındakı müddət 17-18 saat, yuxu müddəti isə 6-7 saat olur. Yəni bu qısa müddətdə ehtiyacımız olan 2-2,5 litr suyu iftarla sahur arasında az-az içmək lazımdır.
2.İftar süfrəsində yağlı və qəbzlik yaradan yeməklər əvəzinə daha yüngül qidalar qəbul olunması daha məsləhətlidir.
3.İftarda şorbadan 15-20 dəqiqə sonra ətli və səbzəli yemək yemək həzm sistemindəki fəaliyyəti normallaşdıracaq. Yeməkdən 1-1,5 saat sonra gəzmək qəbzliyi aradan qaldıracaq. Həmçinin qəbzlik yaradan heyva, banan, şaftalı kimi meyvələrdən uzaq durmaq lazımdır.






