Satılmayan avtomobillər hara aparılır?
Kateqoriya məlum deyil
Avtomobil şirkətləri konveyeri dayandıra bilməz, çünki belə olacağı təqdirdə zavodları bağlamaq və minlərlə işçini işdən azad etmək lazım gələcək.
Avtosalonların istehsal edilən bütün
avtomobilləri satmağa müvəffəq olub-olmaması barədə düşünmüsünüzmü? Düşünün:
yalnız 2015-ci ildə bütün dünya üzrə şirkətlər 68 milyondan çox avtomobil
istehsal edib və çətin ki onların hamısı satılsın. Sizlərə bu xəbərdə təqdim
etdiklərimiz aysberqin yalnız görünən hissəsidir. Yəqin ki, bəziləriniz burada
yer alan fotoların "fotoşop” olduğunu düşünəcəksiniz. Lakin qeyd edək ki,
bunlar tam real fotolardır.
Təqdim etdiyimiz xəbərdə söhbət satılmayan
avtomobillərin saxlanıldığı dayanacaq- "yeni avtomobillərin qəbiristanlığı”
barədə gedəcək.
Misal üçün, bu "Nissan”zavodu yaxınlığında
yerləşən dayanacaqdır. Yalnız xəyali olaraq burada nə qədər avtomobil olduğunu
düşünün!
Onları endirimlə satmaq məntiqli olardı. Lakin
avtomobil istehsalçıları güzəştə getmir. Onlar avtomobillərin istehsalına
xərclənən hər bir dolları qaytarmaq istəyirlər. Bundan başqa hər bir
avtomobilin dəyərində bir neçə min dollar endirim etsələr digər bahalı
avtomobillər alıcısız qalacaq. Avtomobil istehsalçıları yeni istehsal edilən,
lakin satılmayan avtomobilləri saxlamaq üçün getdikcə daha geniş torpaq
sahələri almağa məcbur olurlar.
Avtomobil şirkətləri konveyeri dayandıra bilməz,
çünki belə olacağı təqdirdə zavodları bağlamaq və minlərlə işçini işdən azad
etmək lazım gələcək. Bu halda domino effekti baş verəcək- avtomobil
korpuslarının hazırlanması üçün məhsullarından istifadə edilən poladtökmə
zavodları müflisləşəcək, detallar və aqreqatları hazırlayan çoxsaylı digər
müəssisələr bağlanacaq.
Böyük Britaniyanın Şirness adlı məkanında
satılmayan avtomobillər üçün dayanacaq.
Bu böyük avtomobil dayanacağı Böyük Britaniyanın
Suindon adlı ərazisində yerləşir, ətrafda isə alıcılar gözə dəymir.
Artıq uzun illərdir ki, zavodlarda hər həftə 10
minlərlə avtomobil istehsal edilir, lakin heç də hamısını satmaq mümkün olmur.
İnkişaf etmiş ölkələrdə demək olar ki, hər bir ailə ən azı bir avtomobilə
sahibdir, bəs belə halda yeni avtomobil nəyə lazımdır? İstehsalçı üçün istifadə
etdiyi avtomobili misal olaraq kuza təmiri üçün "avtoservisə” vermək yeni
avtomobil almaqdan daha sərfəlidir.
Merilend ştatının Baltimor limanında satışını
gözləyən 57 000 avtomobil
Bu isə Rusiyadır. Peterburq yaxınlığındakı
uçuş-enmə zolağında hazırda minlərlə avtomobil dayanır. Onlar Avropadan
gətirilib və heç kimə lazım deyil. Hava limanından da bütün ilkin təyinatı üzrə
istifadə etmək mümkün deyil.
Etiraf etmək
kədərli olsa da, problemin real həlli mövcud deyil. Bu səbəbdən avtomobillər
konveyerlərdən çıxmaqda davam edir və oradan birbaşa parklama yerinə gətirilir.
Bu parklama yerində isə artıq milyonlarla başqa nəqliyyat vasitələri
saxlanılır.
Bəzi ailələr ola bilsin ki, avtomobilini hər il
dəyişir, lakin əksəriyyət sahib olduğu avtomobildə hərəkət etməyi üstün tutur.
Sübut isə sizin gözləriniz önündədir. Milyonlarla avtomobil zavodların
qapılarından parklama yerində saxlanılma üçün çıxır.
İspaniyanın Valensiya şəhərindəki dayanacaq
İngiltərə, Korbidə duran "Sitroyen” markalı yeni
avtomobillər. Onları hər gün Fransadan buraya gətirirlər və gəldikləri gündən
elə burada qalırlar.
Yeni "Toyota”ların saxlanıldığı bu meydan
Kaliforniyanın Lonq-Biç şəhərində 60 hektar sahə tutur.
Bu isə "Ford”un Detroytdakı yeni pikaplarıdır.
Bristoldakı dayanacaq.
Yeni "Land Rover Freelander” Liverpul limanında
aparılmalarını gözləyir.
Britaniyanın Rover 75 avtomobilləri Çindəki
anbarda toz altında qalmaqdadır.
Yaponiyada satılmayan minlərlə "Honda”
avtomobili.
Çıxış nədədir? Avtomobil istehsalçıları daimi
olaraq ən müasir texnologiyalarla təchiz edilmiş yeni modellər hazırlayır. İki
ildir istehsal edilən, lakin satılmayan avtomobillərin artıq alıcı tapmaq şansı
yoxdur. Şirkətlərin avtomobilləri hissələrə ayırıb satmaq və ya press altında
əzməkdən başqa alternativ çıxışları yoxdur.
Bəzi avtomobil nəhəngləri istehsalı Çinə
köçürüblər. Bunlar arasında General Motors və Cadillac yer alır. Təəssüf ki,
ABŞ lisenziyası üzrə Çində istehsal edilən avtomobilə Birləşmiş Ştatlarda
əvvəlki həcmdə tələbat duyulmur. Hazırda
Çində meydançalar belə avtomobillərlə "dolub-daşır”.






