İftarlardan sonra həzmin normallaşması üçün bu 5 yoldan istifadə edin
Kateqoriya məlum deyil
1. Zəncəfil
Bu bitki
qarın problemlərini aradan qaldırmaqda ən yaxşı vasitələrdən biridir. Həmçinin
ürəyi sakitləşdirməyə də kömək edir. Çin təbabətində min illər boyu istifadə
olunan zəncəfil "Zingiber officinale" adlı virusun əleyhinədir. Dərman
preparatlarının tərkibinə daxil olan bu bitki ərzaq mağazalarından əldə edilə
bilər.
2. Biyan
Qədim
zamanlardan müalicəvi ot kimi tanınan biyan bitkisi də həzm sistemini qaydaya
salır. Antibakterialdır və iltihab əleyhinədir. Xalq təbabətində xora, qaraciyər
problemləri və ağciyər tıxaclarının müalicəsində istifadə olunur.
3. Yoqurt
Yoqurt mədə
pozulmasının qarşısını alır. Həzm sistemini isə, normaya salır . Təkcə yoqurt
deyil, eləcə də, digər süd məhsulları problemin həllində əlverişlidirlər. Xüsusən
də, qatıq zəhərlənmənin qarşısını alır və həzm sisteminə müsbət təsir bəxş edir.
4. Müalicəvi
çaylar
Nanə,
çobanyastığı və qara çay müalicəvi çay bitkilərinə nümunədir. Onlar həzm
problemini aradan qaldırırlar. Nanə mədə qıcqırması, eləcə də, qaz
azaldılmasında faydalıdır. Həmçinin ürəkbulanma və qusmanın qarşısını alır.
Çobanyastığı spazmalı sahələrdə olan ağrını alır və yuxu gətirir. Qara çay isə,
diareyanın müalicəsində istifadə olunur və olduqca əhəmiyyətlidir.
5. Çoxlu
maye qəbul etmək
Gün ərzində
maye qəbul etmək olduqca vacibdir. Həzm sistemi üçün ən yaxşı mayelər təbii
meyvə şirələri, toyuq ətinin suyu, bulyon kimi sağlam yollardır.






