Toya hazırlaşan xanımlar 3 günə arıqlayacaq - GƏLİNLİK PƏHRİZİ
Kateqoriya məlum deyil
Yayın gəlməsiylə
birlikdə toy mövsümü də başlayır. Gənc qızların xəyalını qurduğu bu xüsusi gündə
qüsursuz görünmək istəmələri təbii haqlarıdır. Qızlar istədiyi və seçdiyi gəlinlik
paltarlarının əyinlərində gözəl və incə görünməsi üçün ciddi pəhrizlər saxlamaq
məcburiyyətində qalırlar. Lakin elə etmək lazımdır ki, toy günü üzünüzdə
yorğunluq və aclıq hiss olunmasın. Əgər bədəninizdən taqət getsə, etdiyiniz makiyaj
da üzünüzə hopmayacaq, saçlarınız də istədiyiniz düzülüşə girməyəcək. Elə isə,
gəlinlər necə qidalanmalı və hansı pəhrizlərə müraciət etməlidirlər?
Aile.lent.az sizi türkiyəli dietoloq Aişə Tuğba Şengelin təqdim etdiyi gəlinlik
pəhrizi ilə tanış edir. 3 gün bu cür qidalanmaqla arzu etdiyiniz nəticə əldə edə
bilərsiniz.
İlk növbədə
bu pəhrizdə 5 məqama diqqət etmək vacibdir. Gəlinlər nə qədər sağlam
qidalanarlarsa, toy günü də özlərini o qədər yüngül hiss edər və qüsursuz görünərlər:
"Toy hazırlıqları ərəfəsindəki qaçhaqaç gəlinlərin toydan əvvəl fiziki fəaliyyətinin
artmasına kömək olur. Gərgin keçən bu günlərdə qarşınıza çıxan çətinlikləri isə
kiçik bir davranış dəyişikliyi ilə öz xeyrinizə çevirə bilərsiniz. Düz bir
qarın və incə belin əslində xəyal olmadığını görəcəksiniz”.
Bunun
üçün...
1.
Konservləşdirilmiş və çox duzlu məhsullardan uzaq dayanın. Duzlu qidalar yesəniz,
bədəndə su tutumu çox olar. Bu səbəbdən şiş meydana gələr, şişmiş qarın və bədən
isə toy günü gəlini narahat edəcək.
2. Sadə karbohidrat
yeməyə çəkinməyin. Çünki keyfiyyətsiz karbohidratlar şəkər tarazlığının
pozulmasına səbəb olur, insan özünü halsız və yorğun hiss edər. Toydan əvvəl
daha çox enerji verən zülal qrupundan olan qidalar yemək daha doğrudur.
3. Qaz
yaradan qurupaxlalılar, turş və qazlı içkilər, yağlı yeməklərdən mütləq uzaq
dayanın.
4.Su içməyi
artırın. Toy təlaşı içərisində hiss etdiyiniz susuzluq və aclıq qarışdırıla bilər.
Yemək yerinə mütləq su içməyə yönəlin. Su içməsəniz, halsız və yorğun olarsınız.
5.Toydan əvvəl
stress və həyəcanla bağlı olaraq qəbizlik və şiş meydana gələ bilər. Bitki
çayları içərək, stressinizi azalda bilərsiniz. Qəbizlik və şişin qarşısını
almaq üçün gilas saplağı və bibəriyə dəmləyib içə bilərsiniz.
Toydan əvvəl
edə biləcəyiniz 3 günlük gəlinlik pəhrizi
1-ci gün
Yuxudan
oyandıqda: 1 stəkan su + 2 dənə quru ərik
Saat
09:00: 1 qaynanmış yumurta, 1 dilim proteinsiz çörək
Saat
10:30: 2 incə dilim ananas, 2 ədəd qoz
Saat
13:00: 120 qram yağsız qızardılmış mal əti, 1 kasa kələm şorbası
Saat
15:30: 1 ədəd kivi, 6 ədəd çiy badam
Saat
19:00: 1 kasa qatıq, 10 qaşıq balqabaq yeməyi
Saat
21:00: 10 dənə çiyələk, 6 ədəd çiy fındıq
2-ci gün
Oyandıqda:
1 stəkan su + 2 dənə quru ərik
Saat
09:00: 1 dilim pendir (az yağlı), 6 ədəd duzsuz zeytun, 1 dilim proteinsiz çörək
Saat
10:30: 10 ədəd təzə ərik, 2 ədəd qoz
Saat
13:00: 120 qram yağsız qaynatma toyuq, 1 kasa az yağlı qatıq
Saat
15:30: 1 dilim pendir, 1 dənə çubuq suxari
Saat
19:00: 12 yemək qaşığı ispanaq yeməyi, 1 kasa az yağlı qatıq
Saat
21:00: 2 incə dilim ananas, 6 ədəd çiy fındıq
3-cü gün
Oyandıqda:
1 stəkan su, 2 ədəd quru ərik
Saat
09:00: 1 qaynatma yumurta, 1 dilim özü pulsuz çörək
Saat
10:30: 1 ədəd kivi, 6 ədəd çiy badam
Saat
13:00: 12 yemək qaşığı pərpətöyün, 1 dilim proteinsiz çörək
Saat
15:30: 10 ədəd çiyələk, 2 ədəd qoz
Saat
19:00: 12 yemək qaşığı ispanaq, 1 kasa az yağlı qatıq
Saat
21:00: 1 kiçik boy alma və ya 2 incə dilim ananas






