Mark Zuckerbergin paylaşımı hamını heyrətləndirdi - FOTOLAR
Kateqoriya məlum deyil
"Facebook"un yaradıcısı olan Mark Zuckerbergin paylaşdığı şəkildəki bir detal hamının marağına səbəb olub.
Bizimyol.info xəbər verir ki, "Instagram" istifadəçilərinin sayının 500 milyona çatmasını qeyd edən Mark, şəxsi hesabında şəkil paylaşıb.
Paylaşdığı şəkildə Zuckerbergin masasındakı "MacBook"un kamera və mikrofon girişinin üzərlərinin bantla bağlı olduğu açıq şəkildə görünür.
İctimai mediada Markın təhlükəsizlik tədbirləri almaq üçün bantdan istifadə etməsindən danışılır.
Mark Zuckerbergin belə, komputerinə güvənmədiyini ortaya qoyan bu şəkil, bizlərin nə dərəcədə güvəndə olduğumuz sualını da yenidən gündəmə gətirir.






