Logo

Məsciddən peyğəmbərin saqqalını oğurladılar

Məsciddən peyğəmbərin saqqalını oğurladılar
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ramazan ayı münasibətilə Kocaeli vilayətindəki məscidlərdən birində nümayiş üçün gətirilən peyğəmbərin saqqalı oğurlanıb.

Sfera.az bu barədə milliyet.com.tr-ə istinadən xəbər verir.

Qeyd edək ki, "Sakal-ı Şerif” İstanbuldakı Topqapı sarayında saxlanılır və dini bayramlarda sərgilənmək üçün Türkiyənin müxtəlif vilayətlərinə aparılır.

Dəyirməndərə Yalı məscidində çalışanlar gecə saatlarında yoxlama zamanı sabah nümayiş etdiriləcək "Sakal-ı Şerif”in kilidli qutuda olmadığını aşkar ediblər.

Bu barədə dərhal polisə məlumat verilib və hadisə ilə bağlı araşdırma başlayıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR