Nə qədər təhlükəli olduğunu bilsəydiniz, bunu əsla etməzdiniz!!! Diqqqət!
Nə qədər təhlükəli olduğunu bilsəniz, bunu əsla etməzdim! Uzun iş saatları, səhərlərə qədər sürən əyləncələr, stress və digər faktorlar, çox vaxt bir çoxumuzun kifayət qədər yuxu yatmamasına səbəb olur. Bəziləri ara sıra həyat şərtləri gərəyi yuxusundan imtina edərkən, bəziləri də bunu bir təkrarlanan halına gətirir. Yaxşı bu bədənimizdə necə təsir yaradır?
Allure jurnalının qısa bir müddət əvvəl yuxu mütəxəssisi bir qrup həkimlə görüşüb və şərhlərini yığdı. Həkimlərin xəbərdarlıqları yuxusuzluğun çox maraqlı və bir o qədər də əhəmiyyətli təhlükələri ola biləcəyinə işarə edir.
Buna görə az yuxu, idrak, öyrənmə və xatırlama kimi prosesləri əhəmiyyətli dərəcədə təsir edəcək gücə sahib. Üstəlik də bunun vərdiş halına gətirilməsinə, uzun davamlı bir yuxu çatışmazlığı yaşanmasına belə ehtiyac yoxdur. Yalnız bir gecəlik keyfiyyətsiz yuxu, gündəlik fəaliyyətlərimizi məhsuldar bir şəkildə gerçəkləşdirməyimiz qarşısında maneə təşkil edə bilir.
24 saat yuxusuzluq, yüzdə 0,1 alkoqola bərabərdir
Məsələn beynimiz, axşam içmiş bir adamın beyni kimi bulanıq olacaq. Hətta 24 saatlıq müddət içərisində heç yatmayan bir bədən, qanında yüzdə 0,1 alkoqol nisbətinə sahib bir bədənə bərabər sayılır. Yəni demək olar ki, sərxoş bir bədənə sahib oluruq.
Yuxu çatışmazlığı bunun yanında iştahımızla əlaqədar problemlər də yaradır. Aç olduğumuzu beynimizə bildirən hormon yüksəlişə keçərkən, tox olduğumuzu söyləyən hormonumuz da azalmağa başlayır. Bu da təbii ki ac olmasaq da daha çox yeməmizə səbəb olur. Bu müddətdə yediklərimiz də ümumiyyətlə şirin və ya duzlu yeməklər olur.
Ürəyinizin sevirsinizsə ...
Daha da əhəmiyyətlisi, yuxusuzluq ürəklə əlaqədar mühüm sağlamlıq problemlərinə yol aça bilir. Mütəxəssislərə görə yuxu əsnasında, qan təzyiqi və ürək atış sürəti enişə keçir yəni bədən özünü dincəldir. Bu səbəbdən qeyri-kafi yuxu, bədənimizin ürək-damar sistemini gərəksiz yerə stressə salır, bunun nəticəsində də iltihablı qan damarlarının meydana gəlməsinə və ən pis ssenaridə infarkt və iflic kimi ciddi təhdidlərin ortaya çıxmasına səbəb olur.
Qeyri-kafi və keyfiyyətsiz yuxunun digər təsirləri isə, daha zəif bir immunitet sistemi, yavaş maddələr mübadiləsi və yorğun görünən bir dəri.






