Kompüterlə idarə edilə bilən nəhəng vasitə - FOTOLAR
Kateqoriya məlum deyil
Bir Rus mühəndisi uzun sürən mübarizədən sonra indiyəcən bənzəri olmayan bir canavara imza atdı.
Olduqca böyük olan əqrəb görün nələr edə bilir?
Sfera.az xarici sayta istinadən xəbər verir ki, əqrəb görünüşlü vasitə 50 min dollara ebay üzərindən satışa təqdim edilib.
1991 -ci ildə istehsal olunan Scorpion ( Əqrəb ) adlı vasitə 8.5 metr uzunluğundadır.
Kompüterlə idarə edilə bilən bu nəhəng vasitə 21 hidravlik nöqtə sayəsində qollarını və qıçlarını hərəkət etdirə bilir.
Prospektlərə çıxması qətiliklə qadağan olunan vasitə yalnız boş və təhlükə olmayan ərazilərdə istifadə edilə bilər.
Daha çox nümayiş məqsədli ixtira etdirilən Əqrəb, alov maşını funksiyasını yerinə yetirir. Beləliklə qaranlıqda işıq nümayişi etmək üçün nəhəng vasitə halına gəlir.








