Dünyanın ən bahalı 5 tualeti - FOTOLAR
Tarixi məlumatlar göstərir ki, tualetdən ilk istifadə edən millətlərdən biri bizlərik.
Avropalıların
bu mədəniyyəti bizlərdən öyrəndikləri məlumatı doğrudur. Tarixi mənbələrə görə,
ilk modern tualet 1596-cı ildə hazırlanıb. İngiltərədə John Harington tərəfindən
hazırlanan tualet, ilk dövrlərdə insanlar tərəfindən normal qarşılanmamışdı. Elə
buna görə də xalq Haringtonu lağa qoymuş və tualetlərin hazırlanması məsələsi təxirə
salınmışdı.
Hal-hazırda
dünya əhalisinin sadəcə 40 faizi təmiz və normal vəziyyətdə olan tualetlərdən
istifadə edir. 1 milyard insan isə kanalizasiya sistemindən yararlanır. Dünyada
müxtəlif forma və qiymətə malik tualetlər var. Hətta qızılla örtülmüş tualetlərə
də rast gəlmək olar.
Qeyd edək
ki, dünyada müxtəlif qiymətlərə tualetlər tikilib istifadəyə verilsə də ölkəmizdə
istifadəyə verilən bir tualet də geniş müzakirəyə səbəb olmuşdu. Tualetin
açılışında Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayev və
Yaponiyanın ölkəmizdəki səfiri Tsuquo Takahaşi də iştirak etmişdi. 2016-cı ilin
aprel ayında Beyləqan rayonunda məktəblilərin istifadəsinə verilmiş tualet 90
min 300 dollara tikilmişdi. Lakin bu tualet sıralamada yer almayıb.
1. Beynəlxalq
Kosmik Stansiyanın tualeti
Bu
tualetin dəyəri 19 milyon dollardır. Ruslar tərəfindən hazırlanmış bu tualet
2008-ci ildə Kosmik Stansiyaya təhvil verilib.
2. Hang Fung qızıl tualeti
Hong Kongdakı
bu tualetin qiyməti 5 milyon dollardır. Tualetdəki bəzi hissələrdə qızıldan
istifadə edilib.
3. Moon
River Art Park tualeti
Şanxaydakı
"Moon River" incəsənət parkındakı süni bir mağarada yerləşən bu
tualetin hazırlanması üçün təxminən 750 min dollar lazım olub. Tualet 2005-ci
ildə fəaliyyətə başlayıb. İddialara görə bəzən insanlar bu tualetdən istifadə
etmək üçün hətta 2 saata yaxın gözləyiblər.
4. Herbeau
8-ci əsrdə
Fransada hazırlanmış bu tualetdən kral Dagobert istifadə edib. Məlumata görə
tualet, indiki pulla 14.125 dollara hazırlanıb.
5. Toto
Neorest 600
Qapağı
avtomatik olaraq açılan bu tualetin hazırlanmasına 5 min dollar xərclənib. Tualetdən istifadə bitdikdən 6 saniyə sonra
qapaq avtomatik olaraq bağlanır.
Bizimyol.info //
Sfera.az






