Diqqət: Qarabasan necə meydana gəlir?
Sfera.az-ın məlumatına görə, yuxuyla oyanıqlıq halı arasında yaşanan müvəqqəti iflic və bu əsnada görülən qaranlıq qarabasanın tibbdəki adı təcrid yuxu iflici adlanır.
Bəs bu qarabasma halları daha çox kimlərdə müşahidə olunur?
Qarabasan yuxuyla oyanıqlıq arasında birdən-birə baş verir. Bu zaman sinənizə ağır bir yük çökmüş kimi olur. İnsan nə qədər çabalasa da hərəkət edə bilmir. Həmçinin qişqırsanız da səsiniz çıxmır. Qeyd edək ki, əl-qol hərəkətlərinin təzyiqlənməsi əslində yaxşı bir haldır. Əks halda insan özünə zərər verə bilər.
Məlumata görə, stressli işdə çalışanlar daha çox qarabasan halları yaşayırlar. Bunun əsas səbəi yuxu nizamsızlığıdı.
Qarabasan necə meydana gəlir?
Beyin yatarkən bədən əzələləri də yuxuda olur. Yatan bir insanın qolunu qaldırıb buraxdığınızda qolu düşər, çünki əzələlər əslində iflic vəziyyətindədir.
Çox vaxt bunu yaşayan kəslər qorxu və narahatlığa qapılarlar. Yuxu iflici bir neçə saniyə və ya bir neçə dəqiqə çəkə bilər.
Yuxu iflicinin səbəbi nələrdir?
Əzələlərdəki bu müvəqqəti iflic vəziyyəti əslində qoruyucudur, çünki yatarkən yuxu görürük. Yuxuda bəzən qaçdığımızı, bəzən uçduğumuzu görürük.
Bunun səbəbi isə realda bu hərəkətləri etmirik deyə bu aktivlik halları bədənimizdə toplanır.






