Logo

Dərhal Facebook şifrənizi dəyişin

Dərhal Facebook şifrənizi dəyişin
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Dünya miqyasında bir gün ərzində ən çox ziyarət edilən sosial şəbəkə olan Facebook-da təhlükəsizlik problemi olduğu müəyyən edilib.

Sfera.az interaz-a istinadən bildirir ki, Facebook hər zaman hakerlərlə problem yaşayır. Təhlükəsizlik araşdırmaçıları sosial şəbəkə nəhəngi Facebook-da ciddi bir problem aşkar edib.

İddiaya görə, məhşur haker birliyi "Devcore"dən "Orange Tsai" ləqəbli xaker şəbəkəyə aid serverlərə bir arxa qapı yerləşdirib. Bu "qapı"nın tamamilə müvəffəqiyyəli olub-olmadığı məlum olmasa da, Facebook serverlərində çox əhəmiyyətli təhlükəsizlik probleminin olduğu ifadə edilib.

Əgər hücum uğurlu olubsa, Ornage Tsai sosial şəbəkə işçilərinin elektron poçtlarını, şəxsi məlumatlarını asanlıqla ələ keçirib, Facebook-un virtual iclaslarına qatılıb, məlumat əldə edib, hətta şərh yazmış da ola bilər.

Hakerlərin istifadəçilərin məlumatlarını əldə edib-etmədiyi hələ məlum deyil. "NTV"nin məlumatına görə, kibertəhlükəszilik mütəxəssisləri Facebook istifadəçilərinə şifrələrini dəyişdirməklə bağlı çağırış edib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR