Yeni sevgilinizə bunları etməyin
Yeni bir sevgi münasibətinə başladınız və uzun müddətdir yaşadığınız yanlızlıqdan qurtuldunuz. Bəs eyni hal sevgiliniz üçün də keçərlidirmi? Bəlkə, hə, bəlkə yox... Çünki ço zaman kişilər biriylə birlikdə olmaq düşüncəsindən qorxarlar.
Kişilər yeni münasibətə başladıqlarında o qadına bağlanmaqdan qorxarlar. "Bağlansalar, nə olacaq ki?" - deməyin. Onlar üçün "birinə bağlanmaq" üzərinə böyük məsuliyyətlər götürmək deməkdir. Buna görə ilk başdan onu qorxutmamalı və münasibətə hazırlanmalısınız.
İlk öncə onu "sevgilimdir" deyə tanıtmayın
Bir kişi münasibət qurduğunda onsuz da sevgili olmağın kabusunu yaşayır. Siz də bir yandan ətrafa onu "sevgilim" kimi tanıtsanız, onu əvvəldən sıxıntıya salmış olarsınız. Yəni kişilər ən başdan bu tip kəlmələrlə tanıdılmaqdan xoşlanmırlar, bu, onları ürküdür. Bunun yerinə onun adı ilə ətrafınıza tanıtdırmanız daha doğru olacaq.
Onu düzəltməyə çalışmayın
Bərabər olduğunuz kişi dağınıq biridirsə, onu düzəltməyə çalışmayın. Evinə getdiyinizdə əşyalarının yerini dəyişdirməyə, təmizlik işi görməyə çalışmayın. Bundan çox narahat olurlar, çünki bu şəkildə onun həyatına müdaxilə etmiş olursunuz.
Cütlük olmaq kabusundan qurtulun
Ona tez-tez zəng edib, haraya getdiyini soruşaraq, ya da qısqanclıq göstərərək heç bir şey əldə edə bilməzsiniz. Kişilər bu cür davranışlara nifrət edərlər. Onun sizə etmədiyini siz də etməyin, yoxsa onu itirərsiniz. Öz halına buraxın və sıxmayın, beləcə, onun gözündə dəyəriniz yüksələcək.
Lent.az //
Sfera.az






