Logo

Azərbaycanda yalnız qadınlar üçün çimərlik AÇILIR

Azərbaycanda yalnız qadınlar üçün çimərlik AÇILIR
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Azərbaycanda yalnız qadınların girişinə icazə verilən çimərlik fəaliyyət göstərəcək. 

Sfera.az moderator.az-a istinadən bildirir ki, Sumqayıt ərazisində fəaliyyət göstərəcək bu çimərlik Dubay təcrübəsi əsasında xidmət göstərəcək:

"Bu ilin avqust ayında fəaliyyət göstərməsi planlaşdırılan məlum çimərliyə kişilərin girişinə yasaq qoyulacaq. Dubay təcrübəsi əsasında Sumqayıtda, dənizkənari obyektlərin birində tətbiq ediləcək bu xidmətin qadınların böyük marağına səbəb olacağı gözlənilir. O qədər də böyük ərazini əhatə etməyən qadın çimərliyində nəzarətçilər və xilasedicilər də daxil bütün personal qadınlardan təşkil ediləcək".

Məlumat üçün qeyd edək ki, qadınlara açıq çimərliyin yaradılması Azərbaycanda bir ilk olsa da, yaxın gələcəkdə bu cür çimərliklərin sayının artması ehtimal edilir.
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR