Logo

ABŞ-ın yollarında 3D printerdə çap edilmiş avtobus peyda olacaq

ABŞ-ın yollarında 3D printerdə çap edilmiş avtobus peyda olacaq
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Hazırda Olli Vaşinqtonda sınaqdan keçirilir.

Olli maşınqayırmanın gələcək prinsiplərinin təzahürüdür. İstehsal zamanı 3D printerdən istifadə edilib. O, pilotsuz idarə sisteminə, elektrik mühərrikə, həmçinin yenidiən işlənmə imkanına da malikdir.

Sfera.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə "Qolos Ameriki” məlumat yayıb.

İxtira Olli adını alıb və yaxın zamanda Amerika yollarında peyda olacaq.

Avtomobilin yaradıcıları belə bir avtomobili çap etmək üçün 11 saatın kifayət olduğunu qeyd ediblər.

Mikroavtobus 20 km/s sürət yığa bilir və 12 nəfərə qədər sərnişin daşıyır. Enerji bərpası üçün lazım olan vaxt 4,5 saatdır və bu 1,8 dollara başa gəlir.

Ollinin dizaynını Edqar Sarmyento adlı tələbə hazırlayıb – o, şəhərlərdə istifadə ediləcək sadə mikroavtobus yaradıb. Hazırda Olli Vaşinqtonda sınaqdan keçirilir, daha sonra onu Mayami və Las-Veqasda sınaqdan keçirmək istəyirlər.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR