Gözündə eqzema dedilər, amma görün nə çıxdıI! - Həkimləri şoka salan hadisə - FOTOLAR
Eqzema dedilər, amma qaşıq biti çıxdı!
Sfera.az-ın xəbərinə görə, İtaliyada gözləri qızaran və davamlı qaşınan 6 yaşındakı uşağa dotkorlar tərəfindən eqzema diaqnozu qoyuldu.
Həkimlərin müalicə etmək üçün krem verdiyi uşağın gözlərindəki qaşıntı geçməyincə gözləri daha yaxından araşdırıldı. Araşdırmalardan sonra kirpiklərinin dibində minlərlə qaşıq biti olduğu ortaya çıxdı.
Qaşıq biti olaraq bilinən pubik bitlərin uşaqlara yataq və dəsmallardan keçdiyi bilinir. Təcili olaraq səhv diaqnoz qoyduğunu anlayan həkimlər pubik bitlərin müalicəsinə başlayıb uşağın gözlərini qaşıntı və qızartılardan gec də olsa qurtardı.
Kirpiklərə bulaşan pubik bitlər ümumiyyətlə göz qapağının dərinlərində yuvalandığından konjuktivit və ekzema ilə qarışdırılır. Ayrıca ümumiyyətlə genital bölgədə görülən bu bitlərin üzdəki tüklər və saçlara bulaşması da nadir olduğu ifadə edildi.






