Logo

Formula 1 Park Cinema ekranlarında

Formula 1 Park Cinema ekranlarında
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Park Cinemanın böyük ekranlarında Formula 1 yarışmasının həyəcanını yaşayın. 

Azərbaycanda ilk dəfə keçirilən Formula 1 yarışması, "Avropa Qran Prisi" Park Bulvar ticarət mərkəzində yerləşən Park Cinema kinoteatrında nümayiş etdiriləcək. Ekranlarda birbaşa yayımı nümayiş olunacaq yarışlara tamaşaçılar rahat vəziyyətdə tamaşa edə biləcəklər.

Böyük ekranda yarışa baxmaq üçün biletləri Park Bulvar ticarət mərkəzində yerləşən Park Cinema kinoteatrının kassalarında əldə etmək, həmçinin onlayn almaq sifariş etmək mümkündür. Park Cinema hər zaman tamaşaçı maraqlarını nəzərə aldığı üçün, biletlərin qiymətini minimal olaraq 5 AZN-ə endirdiyini bəyan edib. Onu da qeyd edək ki, Formula-1 yarışlarının keçirilməsi zamanı Park Bulvar adi rejimdə işləyəcək.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR