Logo

Avropa İttifaqı plastik qablardan istifadəni DAYANDIRDI

Avropa İttifaqı plastik qablardan istifadəni DAYANDIRDI
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Avropa İttifaqı ölkələri plastik qablardan istifadəyə birdəfəlik son qoyub. Bununla bağlı müvafiq qanun 3 iyul tarixində qüvvəyə minib.

Sfera.az xəbər verir ki, bu haqda Ətraf mühit üzrə Avropa komissarı Virginijus Sinkevicius öz tvitter hesabında yazıb.

Sinkevicius qeyd edib ki, iyulun 3-də Avropanın plastik qabların, pambıq çöplərin, kokteyl üçün çubuqların, hava şarları üçün çubuqların, okso-parçalana bilən yemək qablarının və köpük stəkanların istifadəsindən və istehsalından birdəfəlik olaraq imtina etdiyi o gün gəlib çatıb.

Qeyd edək ki, Avropa parlamenti plastikdən hazırlanmış birdəfəlik istifadə olunan məhsulların istehsalını və satışını qadağan edən qanunu hələ 2019-cu ildə qəbul edib.

Xatırladaq ki, cari ilin 1 iyul tarixindən Azərbaycanda da birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, bıçaq, boşqab və stəkanların idxalı, istehsalı, istifadəsi qadağan edilib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR