Bakıda milyonçular gecəsi keçiriləcək
Kateqoriya məlum deyil
Mərasimdə şou-biznes nümayəndələri və müxtəlif sahələrdə tanınmış simalar iştirak edəcək. Dünyanın dörd bir tərəfindən xüsusi incəliklə seçilmiş ən cəzibədar 20 modellər - "Billionaire Girls" da tədbirin iştirakçısı olacaqlar.
Mərasimin DJ-i dünyaca məşhur Maqnum olacaq. Tədbirin iştirakçıları arasında məşhur iş adamları, dünya ulduzları, Formula 1 pilotları, ən gözəl modellər və digər tanınmış şəxslərə rast gəlmək mümkün olacaq.
Kübar cəmiyyətin əyləncəsi 3 gün davam edəcək. Təşkilatçıların sözlərinə görə, artıq bütün masalar rezerv olunub. Bir masanın qiyməti azı 2 min dollardır.

"Bu mərasimin Formula 1-ə aidiyyəti yoxdur. Onun üçün də yarışa bileti olan adam tədbirə qatıla bilməz. Bizdə ancaq masa almaq olar. Qiymət 2 min dollardan 10 min dollara qədərdir".

Milyonçuların gecəsində ulduz futbolçu Kriştiano Ronaldonun eks sevgilisi məşhur model İrina Şeyk də olacaq. Milyonçular klubu Formula 1 komandalarından "Benetton" və "Renault" şirkətlərinə rəhbərlik etmiş Flavio Briatore tərəfindən təsis olunub.
anspress //
Sfera.az