Sevgilisindən ayrılanlar, bunu etsəniz - ayrılıq vecinizə olmayacaq
Ayrılandan sonra oturub ağlamaq, şəkillərinə baxıb xatirələrinizi yada salmaqdansa, əhval-ruhiyənizi qaldıracaq səbələr axtarın.
Sosial şəbəkədən uzaq durmayın, amma onu sosial hesabınızdan silin. Çünki hər paylaşmasını görüncə, daha çox yada salacaqsınız.
Özünüz üçün şən, əyləncəli mahnı siyahısı tutun və dinləyin. Nə gərək var ki, qəmli mahnılara qulaq asıb xatırlamaq?!
1 ay ona aid hər şeydən uzaq olun.
Yaxınlarınıza ondan bəhs etməmək üçün xəbardarlıq edin, üz-üzə gələcək yerlərə getməməyə çalışın.
Probleminizi kimsə ilə bölüşməyə çalışın, kinoya gedin, rəqs edin, kefinizi açacaq fəaliyyətlərə vaxt ayırın.
Saç rənginə yenilik edin, dərinizə qulluq, alış-veriş edin, ümümiyyətlə imicinizdə dəyişiklik edin ki, sizə ruh yüksəkliyi gətirsin.
Status paylaşarkən belə, ünvanlı, acıq verəcək sözlər yazmayın. Bu daha da əsəb yaşamağınıza təsir edəcək.
Əsəbi halda heç bir qərar verməyin, sakitləşən zaman hər şey yoluna düşəcək deyə düşünün.
Çox zaman əsəbiləşəndə yemək yeməyə daha çox üstünlük veririk, bu zaman isə idman etməyi unutmayın. İdman artıq çəkidən xilas olmaqla yanaşı, əhval-ruhuyənizi də açacaq.






