Belə hadisə nadir hallarda baş verir - FOTO
Kateqoriya məlum deyil
Çində evlənmək üzərə olan nişanlılar, toy üçün uşaqlıq şəkillərini bir yerə toplayarkən maraqlı hadisə ilə qarşılaşıblar. Nişanlısı olan Zhang Hedongun uşaqlıq şəkillərinə baxan qız, gördüyü görüntüdən çox heyrətlənib. Belə ki, nişanlısının uşaqlıq şəklində o anasının da arxa planda olduğunu görüb. Belə bir hadisənin ola bilmə ehtimalının çox aşağı olduğunu düşünən qız, daha sonra öz albomundakı şəkilləri axtarıb. Lu Yiqin adlı qız, albomdan anasına adi həmin gün və həmin yerdə çəkilmiş şəkli tapıb. 16 il öncə çəkilmiş görüntüdə nişanlısını və anasını görmək gənc qadını duyğulandırıb. (Bizimyol.info)






