Günahkarların Orucu qəbul olarmı?
On bir ayın sultanı Ramazan ayında yaxşılıq etmək və ibadətlərimizi yerinə yetirmək böyük əhəmiyyət daşıyar. Yaxşı Ramazan ayında günah işləyənin orucu qəbul olurmu?
Sual: Bəziləri, (Namaz qılmayan, içki içən, açıq gəzən və ya başqa günah işləyən, boşuna oruc tutmamalı) deyir. Bu söz doğrudurmu?
CAVAB
Xeyr, dinə ziddir. Bir neçə günah işləyənin digər günahları da etməsi lazım deyil. Həm oruc tutub, həm də günah işləyən kimsə, oruc tutmaqla hasil olan böyük savaba qovuşa bilməz, lakin axirətdə, nə üçün oruc tutmadın deyə hesaba çəkilməz. Oruc borcunu ödəmiş olur, hətta orucun bərəkətiylə digər günahlardan da qaçma imkanı olur. İmam-ı Rəbbani həzrətləri buyurur ki:
(Bütün günahlara tövbə edib hamısından qaçmaq böyük nemətdir. Bu edilə bilməzsə, bəzi günahlara tövbə etmək də nemətdir. Bunların bərəkətiylə bəlkə bütün günahlara tövbə etmək nəsib olar. Bir şeyin bütünü ələ keçməzsə, hamısını da qaçırmamalı.)
Namazın dinimizdəki yeri, oruca görə daha əhəmiyyətlidirsə də, bir kimsəyə namaz qılmadığı üçün, (oruc da tutma) deyilməz. Əksinə, (Namaz qılamırsa, orucu heç olmasa tərk etmə) deyilir. Namaz qılmamaqla böyük bir günaha girən kimsə, oruc tutmazsa günah miqdarı daha da çox artar.
Bir neçə günaha mübtəla olan kimsə, birindən imtina istərsə ona, (Digərlərini buraxmadığına görə, bu günaha da davam et) deyilməz. Günah miqdarı nə qədər azaldılsa, o qədər yaxşı olar. Allahdan qorxub bir günahdan imtina iman əlamətidir. Hədis-i şərifdə, (Ömründə bir dəfə Allahı anan və ya Ondan qorxan müsəlman, Cəhənnəmdən çıxar) buyuruldu. (Tirmizi)
Günah işləyən, oruc tutur və ya zəkat verirsə, (Aman bunları heç olmasa buraxma) deməlidir! Bu ibadətləri də yerinə yetirməsə, dindən tamamilə uzaqlaşa bilər.
Qorxutmaqdan çox, bir müjdəçi olmaq lazımdır. Peyğəmbər əfəndimiz, (Allahın rəhmətindən ümid kəsdirib, dindən nifrət etdirənə lənət olsun! Asanlaşdırın, çətinləşdirməyin) buyurdu. (Buxari)
Bir gənc, Peyğəmbər əfəndimizə, (Bu üç günahı buraxa bilmirəm) dedi. O üç günah, yalan, zina və içkidir. Rəsulullah əfəndimiz, (Bu üç günahdan yalanı mənim üçün burax) buyurdu. O gənc qəbul edib getdi. Daha sonra, digər iki günahı işləmək istəyəndə, (Bu günahları işləyib Rəsulullahın qarşısına çıxınca, "Mən işləmədim" desəm yalan danışmış olaram. Əgər işlətmişəm söyləsəm, məni cəzalandırar) deyə düşündü. Digər iki günahdan da imtina etdi. (Şirə)
Kəlmeyi-şəhadəti dil ilə söyləyib qəlb ilə də təsdiq edən müsəlmandır. Günah işləyən müsəlmanlıqdan çıxmaz. Bir hədis-i şərifdə buyuruldu ki:
(Cəbrayıl əleyhissalam, "Ümmətinə müjdə ver ki, müşrik olaraq ölməyən Cənnətə girər" dedi. Mən, "Zina və oğurluq edən də mi Cənnətə girər" deyə üç dəfə soruşdum. "Bəli, zina və oğurluq edən də Cənnətə girər" dedi. Daha sonra , "İçki içsə də, yenə sonunda Cənnətə girər" dedi.) [Buxari]
Bu, Əhli-sünnə etiqadıdır. Günahları yüngül görmək deyil. Bu inanış, insanı günaha sövq etməməli! Hər günah, qəlbi qaraldır, insanı küfrə sürüyüb Cəhənnəmdə əbədi qalmağa səbəb ola bilər. Hər günahdan qaçınmalı, çünki Allahın qəzəbi günahlar içində qorunub. Belam-ı Baura çox ibadət edən böyük bir âlimken, bir günah üzündən imansız öldü. Günah işləyən dərhal tövbə etməlidir!






